Qadin.NET / Möminlərin vəzifələri barədə

Möminlərin vəzifələri barədə

Möminlərin vəzifələri barədə

1.İki şey var ki, onlarla bağlı olsanız heç vaxt yolunuzu azmayacaqsınız. Onlardan birincisi Allahın göndərdiyi Qurandır. İkincisi Peyğəmbərin qohum-əqrabasıdır.

2.Mömin xoşbəxt adamdır, çünki xeyirli iş görəndə Allaha ibadət edib, ona şükür edir. Narahatçılıq üz verəndə isə yenə də Allaha dua edib çətinliyə dözür. Buna görə də mömin hər əməli müqabilində, hətta arvadınıın ağzına bir tikə yemək verdiyi üçün də Allahdan mükafat alır.
3.O adam ki, halal yeməklə qidalanıb, mənim göstərişlərimə əməl edir və bəşər dünyası ondan təhlükə görmür, o əmin -amanlıqdadır və mütləq Behiştə gedəcəkdir. 
4.Məhəmməd həzrətləri bir şəxsə buyurdu:
-Mənim balam, imkanın olduqca gün çıxandan batana kimi, axşam düşəndən səhərə qədər ürəyini özgələr barədə bədxahlıqdan təmiz saxla.
5.Heç vaxt bilərəkdən valideynlərinizin üzünə qabarmayın. Mey içməyin, çünki o bütün şər əməlləri törədəndir. Xəbislikdən uzaqlaşın. Şəhər camaatına bəla üz verdiyi zaman,  sizdə onların arasında olasınız, birlikdə qadın və uşaqlarınızı əzizləyin.
6.İmanın üç kökü vardır. "Allahdan başqa Allahlıq yoxdur", deyən adamı incitməyin: günaha batmışı kafir bilməyin: bir cinayət edəni qovmayın.
7.Özgənin namusuna təcavüz edən, mey içib keflənən, oğurluq edən, qarət edən və ya özgə malını mənimsəyən adam həqiqi müsalman deyil. 
8.Peyğəmbərdən (s.s.v) imanın ən mühüm izahını istədikdə Həzrət buyurdu: 
-Özgələri haqqında yaxşı bir iş görün ki, onlar da sizin barənizdə görsünlər. Özünüzə istəmədiyinizi başqalarına rəva bilməyin.
9.Sözə başladığınız vaxt həqiqəti söyləyin. Əhdinizə vəfa edin. Əmanət saxlayan olun, oğurluq etməyin. Pak olun, natəmiz həvəsləri başınızdan çıxarın. Özgələri vurmayın, haram və yaramaz şeyləri mənimsəməkdən çəkinin. Allahı unutmayanlar, onun ən yaxşı bəndələridir. Yalan danışanlar və nifaq salanlar isə Allahın ən pis düşmənləridir. 
10.Hər gün inkişaf edənin məqsədə çatmaq üçün uzum-uzadı yolu vardır.
Möminlərin vəzifələri barədə

11. Vahid Allaha və onun peyğəmbərinə iman gətirən şəxs ya gərək yaxşı söz danışsın, ya da sussun.

12. Vahid Allah və axirətə iman gətirən şəxs qonşusuna göz dağı çəkməməlidir.
13. Xalqla və qonaqla onun dərrakəsinə görə söhbət etmək lazımdır,  çünki caamatda deyilən sözləri bəziləri başa düşməyəcək və beləliklə səhv hərəkət edəcəklər. 
14. Allahın yanında məqbul olan xüms, uşr ( onda bir hissə ) və zəkanın zahirən deyil , belə bəxşişlər dərrakə və həqiqəti ruhla bağışlanan zaman qəbul olunur 
15. Bilin ki, əməlləriniz özünüzə qayıdacaqdır və pis əmələ görə özünüz-özünüzə cəza verdirəcəksiniz.
16. Belə düşünün ki, Allahı görür bə ondan soruşursunuz, çünki onu görməsəniz də, o sizi görür.
17. Acları yedizdirən, xəstələrin görüşünə gedin və ədalətsizliklə məhkum edilən əsrləri azad edin. Müsalman və ya xud qeyri -müsalman olan məzlumlara kömək edin. 

Möminlərin vəzifələri barədə

18. Müsalmanların bir birinə münasibətləri altı şərtlə tənzim olunur. Soruşanda ki, ey Allahın peyğəmbəri, o şərtlər hansılardır., buyurdu: Müsəlmanla qarşılaşanda salamlaşın. Yeməyə dəvət olunduqda təklif qəbul edin. Sizdən məsləhət istənərsə əsirgəməyin. Asqırdığınız zaman, "Allah sənə şükür olsun"-dedikdə " Nuş olsun "-deyin. Ölənin cənazəsini müşayət edin 

19. Dünyəvi həyat əkin kimidir. :Onun məhsulu o dünyada yetişir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz, çünki Allahın əmri çalışqanlıqdır. Əzamətli xaliqin buyuruğu ancaq çalışqanlıqla hasil olur. 
20. Bu üç düstura əməl edin: birincisi  mükafatı məlum olan yaxşı yola çağırmaqdır ki , onun icrası üçün çalışın. Digəri pis əməldən çəkindirməkdir ki, həllinə nail olmağa səy göstərin. Münaqişə və ziddiyyət doğuran üçüncüsü isə Allaha tapşırın.
21.Hər bir pis əməldən sonra yaxşı iş görün ki bəlkə xeyir işiniz bəd əməlinizin günahını yuyub aparsın
22.Başqalarına rəhm edin ki, sizə də rəhm etsinlər. Özgələrini bağışlayınki  sizi də bağışlasınlar. 
23. Həqiqi musəlman firavanlıq və xoşbəxtlik çağlarında Allaha şükür edər. Müflis düşəndə və fəlakət üz verəndə isə Allahın göndərdiyi ilə razılaşar.
24. Halal olan şey məlumdur, haram da həmçinin. Lakin bu ikisi arasında çoxlu üstü örtülü şeylər vardır ki, onlardan çəkinmək yaxşı olardı. 
25. Hikmətin qayəsi Allahdan qorxmaqdır.
26. Taleyin əmrinə itaət edin. 
Ardı var....
10 avqust 2013
GO BACK