Qadin.NET / İslam və terrorizm

İslam və terrorizm

 

 

Bu yaxınlarda bir filmə baxdım. Filmin adı “Mənim adım Xandır” idi. Filmdə Rizvan Xan adlı müsəlmanın həyatından bəhs edirdi. Xan müsəlman olduğu üçün təqiblərə məruz qalır, övladı vəhşicəsinə öldürülür, həyat yoldaşı onu tərk edir və ona yalnız ABŞ-ın prezidentinin yanına gedib “Mənim adım Xandır və mən terrorist deyiləm” deyəcəyi zaman yanına qayıda biləcəyini söyləyir. Rejisor  Xanın timsalında müsəlmanların terrorist olmadığını göstərmək istəyir və sonda buna nail olur.

Müsəlmanlar həmişə vəhşi, terrorist kimi cəmiyyətə təqdim olunub. İslamda Cihad anlayışı var ki, bir çoxları bunu terrorizmlə səhv salır. Terrorizm və Cihad əslində müxtəlif anlayışlardı və bunların arasında böyük fərq var. Biri vəhşiliyi, digəri isə haqq uğrunda mübarizəni təcəssüm etdirir.

 

İslam və terrorizm

 

Terrorizm-siyasi, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır.  Terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir. Terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Bu cinayətə dünya müxtəlif şəkillərdə məruz qalıb. Buradan göründüyü kimi, terrorizmin İslamla heç bir bağlılığı ola bilməz. İslam mərhəmət dinidir. Terrorçular isə mərhəmət anlayışından bixəbərdilər. Qaldı ki, müsəlman ölkələrində törədilən terror aktlarına, bu cinayətlər yalnız dünyaya ağalıq etmək istəyən dövlətlərin əmri ilə yalançı müsəlmanlar tərəfindən həyata keçirilir. Təbii ki, Rəbbimiz müsəlmanlara olunan zülmləri əvəzsiz qoymur.

Bəqərə surəsi, 27-ci ayə. "O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri (dünyada və axirətdə) ziyana uğrayanlardır!"

 

İslam və terrorizm

 

Cihad- РђllР°h yРѕlundР° sР°vР°şmaq - İslamda dinin vacib əməllərindən biridır. Bu sР°vР°şdР° mУ™qsУ™d hР°qq Р°yinlУ™rin kР°firlУ™rУ™ qУ™bul РµtdirilmУ™si, İslР°m hР°kimiyyУ™tinin bУ™rpР°sıdır. QurР°n bir çРѕС… Р°yУ™lУ™rdУ™ cihР°dı У™n hУ™yР°ti bir prinsip kimi önУ™ çУ™kir. Belə ki, Quranda cihР°dın fitnУ™ Р°rР°dР°n qР°lС…ıb, İslР°m hР°kimiyyУ™ti bУ™rpР° РѕlР°nР°dУ™k dР°vР°m РµtdirilmУ™sinin zəruri olduğu qeyd olunur. Qurani-Kərimdə bir çox ayələrdə cihad insanlara vacib buyurulmuşdur. Ümumiyyətlə, Cihad iki cürdür: Nəfsə və kafirlərə qarşı olan cihad. Nəfslə olan cihad ən böyük cihaddır. Cihad kiminləsə təkcə döyüşmək deyil. İnsan öz nəfsinə, heyvani hisslərinə qarşı da Cihad edə bilər ki, bu da Ən böyük Cihaddır.

 

İslam və terrorizm

 

Maidə surəsi 37-ci ayə. “Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!”

Göründüyü kimi “Allahu Əkbər” deyib, müsəlmanları qətl edən kafirlər əslində cinayət törədirlər. Zahirdə özlərini İslam fədaisi göstərmək istəslər də, bu kafirlərin əməllərinin cəzası bu dünyada olmasa belə, Rəbbimiz Axirətdə verəcəkdir. Cihad Allahın sevmədiyi şeylərlə döyüşməkdir.

29 iyul 2013
GO BACK