Dedilər ki, ya Rəsulullah, Maşita fironun qızının xidmətçisi idi, hamamda Fironun qızının saçını darıyardı. Maşita təmiz, iman dolu bir insan idi və Hz. Musaya iman etmişdi. Bir gün fironun qızının saçını darayarkən daraq əlindən yerə düşdü, Maşita isə qeyri-ixtiyari fərqində olmadan darağı qaldırarkən "Bismillah" dedi. Fironun qızı birdən-birə döndü və "Kim o, Allah?", dedi. "Atamdır dediyin, yəni firon, deyilmi?" Maşita susdu, ancaq fironun qızı üstünə gəldi, Maşita dedi ki, atam deyilmi? Allah dediyin mənim atam deyilmi? Maşita dedi: "Sənin atan mənim kimi bir quldur qızım, o Allah ola bilməz. Mənim dediyim Allah isə Musanın rəbbi olan Allahdır..."
O dövrün insanları belə deyərdilər -"La ilahə illəllah, Musa Kelimullah." Allah Musa ilə danışandan sonra bunu deyərdilər. Maşita Musanın Rəbbi olan Allahdan bəhs edəndə isə fironun qızı dərhal atasının yanına qaçaraq "Maşita ağlını itirdi" dedi, "Səni tanımır, sənin Allah olmadığını deyir", dedi." Musanın rəbbinə inanırmış", dedi.
Firon Maşitanı yanına gətizdirir. Maşitanın 3 uşağı vardır. Maşitanı əllərindən dəmirə bağlayır və günlərlə ac saxlayır. "Mənə Allahsan de", deyir. Maşita dediyini deyib durur, içərisində qaynar yağ olan böyük bir küpü və Maşitanın qızını gətirirlər, Maşitaya deyirlər ki, ya Allahı inkar et, firona Allah de, ya da sənin qızını diri-diri bu yağa atacağıq. Maşita anadır, ancaq iman daha önəmlidir. Nə qədər zülm etsələr də Maşita deyir ki, Allah birdir, Musanın dediyi kimidir. Maşitanın 13 yaşında olan qızını başı aşağı döndərib qızğın yağın içərisinə salırıar, əti tamamilə yanana qədər yandırırlar. Bir tərəfdən Maşita, digər tərəfdən qızı qışqırır və qız şəhid olur.
Maşita israr edib dayanır və sonra ikinci uşağını gətirirlər və deyirlər ki bu da o biri uşağın kimi olacaq, ya Musanı inkar et və ya səni də yandıracağıq. Maşita müqavimət göstərməyə davam edir, tam bir mömin kimi, tam bir Allah dostu kimi, tam bir sadiq kimi müqavimət göstərməyə davam edir və sonunda Maşitanın digər uşağnı da qızğın yağ olan küpün içərisinə atırlar. Qaynar yağın içərisində Maşitanın ikinci uşağı da şəhid olur. Üçüncü uşağı isə hələ qundaqdadır və süddən kəsilməmişdr. Uşağı alırlar və Maşitaya yaxınlaşdırırlar, uşaq anasını görüncə onun südünü istəyir və amma uşağı götürürlər və deyirlər ki, ya fironun dediyini söylə, ya da sənin bu uşağnı da öldürəcəyik. Maşita müqaviməti bu yerdə itirir, şeytan Maşitaya görünür və deyir ki sən nə qədər pis bir ana, sən nə kaftar, vəfasız bir anasan, sən nə qədər mərhəmətsiz bir anasan, iki uşağın getdi, üçüncüsü gedəcək, tək bir söz deyəcəksən və uşağını qurtaracaqsan, deyəcəksən ki, Allah yoxdur və firon Allahdır.
Maşita elə demək istəyərkən bu vaxt onun gözünə rəhmət mələyi görünür, Maşita "səbir, səbir" deyir və qundaqdakı uşaq dilə gəlir və Hz. Maşitaya deyir ki, ana, sonuna qədər səbir elə, haqq yolundasan... Firon o qədər həyacanlanır ki Maşitanın qundaqdakı uşağını da öldürür. Sıra Hz.Maşitaya gəlir. Fironun qarşısında möhkəm bir qaya kimi dayanan Maşita bunları deyir: "Sizdən tək bir istəyim var, məni övladlarımla eyni məzarda basdırın." Bunun ardından firon Maşitanın da canını alır, ancaq tək bir yaxşılıq edir. Maşitanın və övladlarının eyni məzarda basdırılmasına şərait yaradır. Budur, Hz. Peyğəmbərin (s.a.s) duymuş olduğu gözəl qoxu Maşitanın və uşaqlarının məzarından gələn qoxudur.