Müsəlman etiqadını düzəltdikdən sonra qul və haqq borclarını ödəməyə çalışmalı, hər işdə Allah Təalanı xatırlamalıdır. Bildiyi dua və təsbehləri oxumaqla Allahı xatırlamaq olur.
Qurani- Kərimdə ayələrin birində buyrulur ki:“Allahı çox zikr edənlərin (xatırlayanların) günahları bağışlanır və böyük mükafat verilir.Qəlblər ancaq Allahı xatırlamaqla rahatlığa qovuşur.Allahın nemətlərini anın ki,qurtulasınız.Məni anın ki,məndə sizi anım. Mənə sükr edin, nankorluq etməyin.”
Hədisi- şəriflərdə belə buyrulur : “ Allah Təala qiyamətdə buyurur ki , dünyada bir gün məni xatırlayıb anan müsəlmanı, məndən bir dəfə qorxan müsəlmanı cəhənnəmdən çıxarın. Gecə ibadət edə bilməyən , malını xeyirə sərf etməyən kimsə Allah Təalanı çox ansın. Sizə məcnun deyilincəyə qədər Allah Təalanı çox anın. “
Münafiqlər,riyakar desələr də , Allahı çox anın .Təklikdə Allah Təalanı zikr edən , kafirlərlə tək başına savaşan kimidir.Şükr edən qəlb,zikr edən dil,uyğun bir ev və salihə qadına sahib olan , dünya və axirət xeyrinə qovuşmuş deməkdir.
Peyğəmbər əfəndimiz “Cənnətdə ağac yoxdur - Sübhanallahi vəlhəmdüillahi və la ilahə illəllahu vallahu əkbər- deyərək- Ora çox ağac əkin” -buyurdu.
Hədisi- şəriflərdə belə buyrulurdu ki , Allah qarşısında ən qiymətli söz “ Sübhanallahi və bihəmdih” – dir. Gündə 100 dəfə “ Sübhanallahi və bihəmdih“ deyənin günahları dəniz köpüyü qədər də olsa bağışlanar.Ümumiyyətlə ,bacardıqca gündəlik həyatınızda -yol gedərkən ,işləyərkən ,yemək yeyərkən ,təklikdə olanda və s. çoxlu “ Sübhanallahi və bihəmdih “ deyin. Çünki bu Allah yolunda savab qazanacağınız bir altın dağdan da qiymətlidir.Dildə asan, tərəzidə ağır və bağışlayan olan Allah Təala qarşısında “ Sübhanallahi və bihəmdih, sübhanallahiləzim “ ən qiymətli cümlələrdəndir.
Tanrı bütün müsəlmanları bağışlasın ,bütün dualarımızı qəbul etsin ,bizi hifz eyləsin və əməli-saleh bəndələrdən etsin.İnşallah.Amin.