Qadin.NET / Hər kəsin seçimi azad olmalıdır

Hər kəsin seçimi azad olmalıdır

Hər kəsin seçimi azad olmalıdır

Din dedikdə ilk öncə çoxlarınızın ağlına İslam dini gəlir. Bu da əslində normaldı, çünki yaşadığımız ərazidə böyük əksəriyyət müsəlmandır və islam dininə sitayiş edir. Azərbaycanda yaşadığım müddətdə dini inanclar haqqında bir qədər  təcrübəm var. Qəribə də olsabu “dindar”, “dindən başı çıxan” insanların dini bilikləri demək olar ki, ya yoxdur, ya da natamamdır. Amma hər hansı bir qeyri-müsəlman ilə danışanda elə danışırlar ki, sanki bunlar alimdirlər və ən əsası da bunu xüsusilə qeyd etmək yerinə düşər ki, əgər qarşılarındakı ateistdirsə, az qalsın həmin insanı daş-qalaq etsinlər. Buna səbəb nədir? Dini savadsızlıq? Yoxsa sadəcə Allah sevgisi? Bəlkə də bu insanların görmədiyi, vərdiş etmədiyi bir şeydir deyə belə olur. Ən adi misalla fikrimi ifadə etmək istirəm. Sanki onlar yer üzünə Marsdan, ya da Yupiterdən gəliblər.

Aqnostism və ateizm... Böyük ehtimalla müsəlman insanlar məni bu yazıma görə qınayacaqlar. Sizin hər birinizin fikrinə önəm və dəyər verirəm, amma bu yazıdakılar mənim fikrimdi və buna görə mən cavabdehlik daşıyıram. Düşünürəm ki, hər kəs qarşısındakının düşüncəsini hörmətlə dinləməli və uyğun gördüyü müzakirəni şəxsiləşdirmədən layiqli şəkildə də aparmalıdır. Fikirlərinizi dinləmək mənim üçün maraqlı və önəmlidir. 

Hər kəsin seçimi azad olmalıdır

İnsanların çoxu dini anlaya bilmir və ya aqnostik olur ya da ateist. Buna hörmət etmək isə hamının bacara biləcəyi iş deyil. Çünki həmin insanlara düşmənləri kimi baxırlar və az qalır ki, öldürsünlər. Əgər dində azadlıq varsa, niyə insanlar öz dinini sərbəst seçə bilmirlər? Hamı kənardan müdaxilə etməyə çalışır. Sadəcə bir şeyi düşünün, hər bir insanın beyni var.

 Dinlə insanlığı qatmayın, çünki hər ikisi tamam başqadırlar. Insanlıq və vicdan mənim şəxsi fikrimə görə hansı dinə sitayiş etməyinizdən daha önəmlidir. Əsas insan olun və heç vaxt vicdanınızı itirməyin...

Hər kəsin seçimi azad olmalıdır

Sonda bir sualı sizlərlə bölüşmək istəyirəm... Din nəyə lazımdı? Insanları idarə etməyə bir metod olduğu üçün? Yoxsa bizə cənnəti vəd etdiyi üçün? Çünki bəzi namaz qılanlar - Rəbbiniz sizə “cənnət”i  bəxş etməsəydi nə namaz qılmazdınız, nə də Allaha itaət etməzdiniz, - cənnəti vəd etdiyi üçün namaz qılır. Çox “dindar”lar Allaha sadəcə nəsə qarşılığında ibadət edir. Bu reallıqdır. Hamısı apardığım araşdırmalar nəticəsində ortaya çıxardığım kiçik faktlarımdır.

13 iyul 2013
GO BACK