Qadin.NET / İslam və qadın. İslamın qaynaqları

İslam və qadın. İslamın qaynaqları

 

Zərdüştlük də, xristianlıq da Azərbaycanda dövlət dini kimi uzun müddət tamlaşa bilmədi. Artıq VII əsrdə bütün Yaxın Şərq, yeni dinin peyğəmbəri Məhəmmədin (Məhəmməd əleyhissəlamın; 570-632) ölümündən 100 il sonra isə Azərbaycan da müsəlmanlaşdırıldı. Peyğəmbərin ardıcılları Fars ölkəsini, Gürcüstanı, Suriyanı, Fələstini, İraqı, Misiri, İspaniyanı fəth etdilər. Onlar Pireney dağlarını aşıb Fransaya daxil oldular, ancaq orada 732-ci ildə Şarl Martel onları məğlub etdi. Yəqin ki, bu məğlubiyyət olmasaydı, bu gün bütün qərb dünyası müsəlmanlaşardı. Bu nəhəng imperiyanın torpaqları İspaniyada Atlantik okeanı sahillərindən Hindistanadək uzanırdı. O öz böyüklüyünə görə Böyük Roma imperiyasının çiçəklənmə çağında olduğundan daha böyük idi. Bu imperiyanın qüdrəti islam dinində idi. «İslam» sözü ərəb sözü olub, ilkin mənası sülh olan «salam» sözü ilə bir kökdəndir, ancaq bu sözün başqa bir mənası da var – mütilik, öz ixtiyarını vermək. Bütünlükdə bu dinin adını daha dəqiq belə başa düşmək olar: öz həyatını Allaha təslim edən (Allahın ixtiyarına verən, Allaha müti olan) insanın mütləq dünyası. İslam dini zərdüştüyü və xristianlığı Azərbaycandan tezliklə sıxışdırıb çıxardı, çünki birincisi, o daha cavan, müasir din idi, ikincisi zamanın tələblərinə daha uyğun idi. Onun «Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər» kimi müddəaları Şərqdə çox yayılmış pul-əmtəə münasibətlərini inkişaf etdirib, onları dini cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində sadəliyi, təbii ki, insanları cəlb edirdi. Buna onda qədim Şərqin dinlərinə məxsus ayinçiliyin, xüsusən zərdüştlük üçün səciyyəvi olan ibadət zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi. 
Dünya dinlərindən bu ən cavan (sonuncu) dinin peyğəmbəri Məhəmməd Abdulla oğludur. O ən nüfuzlu tayfalardan biri olan Qüreyş tayfasındandır, 570-ci ildə Məkkədə doğulmuşdur. Rəvayətə görə, Məhəmmədin anası ona hamilə olanda öz qarşısında bir mələyin durub belə dediyini eşitmişdir: «Sən öz ürəyin altında bu xalqın hökmdarını (ağasını) gəzdirirsən,  odur ki, o doğulanda: – Onu Quran indiki halında surə adlanan 114 müstəqil mətndən ibarətdir. Quranın əl-Fatihə («Başlanğıc», hərfən: «Açan [surə]») adlanan birinci surəsi tərcümədə belədir: «Rəhmli, Mərhəmətli Allahın adını çək! (1) Aləmlərin Tanrısı, (2) Rəhmli, Mərhəmətli, (3) Din gününün yiyəsi Allaha alqış [deyək]! (4) Biz Sənə qulluq edir, Səndən umuruq kömək; (5) bizi düzgün yola çək; (6) nemət verdiklərinin yolu ilə qoy gedək; qəzəbə uğrayanların, düz yoldan sapanların yoluna qoyma düşək (7)» (Ə.B.). Bu tərcümədən və yuxarıdakı beş ayənin tərcüməsindən göründüyü kimi, surələr Quran mətnlərinin əsas vahidləri olan bitkin, öz aralarında həm qafiyə olan ifadə və cümlələrdən ibarətdir. Sonrakı surələrdə bu surənin birinci ayəsi başda gəlir, ancaq həmin mətnlərin ayələrindən hesab olunmur. İslam dini təliminə görə, Quran yaradılmış (məxluq) deyil, o, Allahın Özü kimi əbədi olan «sözü»dür. «Quran» sözünün «qiraət», «oxu» mənalarının ərəb dilində ucadan, ifadəli oxu çalarları da var. İslam dini təliminə görə, Quranın əsli (səmada) sühüflərdə (dürgələrdə) yazılaraq saxlanır. «Kitab [lar]ın anası» («Ümmül-kitab») olan Quran Allahın ərşinin (taxtının) altındadır. Quranın müsəlmanların həyatında oynadığı rolu başqa bir kitabın ona inananların həyatında oynadığını demək olmaz.
 İ.P.Petruşevski yazır: «Müsəlmanlar bu kitabı uşaqlıqdan mənimsəyirdilər. Müəllimlər onu [şagirdlərə] məktəblərdə(mədrəsələrdə) dəfələrlə oxuyub şərh (təfsir) edirdilər. Möminlər bu kitabı məktəbi qurtarandan sonra yetkin yaşlarında da hər gün oxumağa (yaxud oxusunu dinləməyə) vərdiş etmişdilər. O onlar üçün «kitablar kitabı», dualar məcmusu, dini təcrübə, sosial həyat, məişət və gündəlik davranış kodeksi idi. Müsəlmanlar Qurana möcüzə kimi baxmağa adət etmişdilər» Quranda sosial ideyalar sırasından olan ideyalar arasında irqi və milli mənsubiyyətindən, dilindən, ictimai vəziyyətindən asılı olmayaraq, bütün müsəlmanların qardaşlığı ideyası mühüm yer tutur. Bu ideya ərəblərdə sinifli cəmiyyətin və dövlətin yaranmağa başladığı vaxt insanların ictimai-siyasi və mənəvi səylərini dini əsasla ifadə edirdi. Quran islamın ideya əsasıdır, onda islam dininin ən mühüm dayaqları qanunlaşmış, ilkin islamın ehkamlarının, sosial və mənəvi-hüquqi ideyalarının mürəkkəb kompleksi əks olunmuşdur. Müsəlmanların sitayişi (ibadəti) beş əsas vəzifəyə (islamın dayaqlarına) əsaslanır: iman düsturu olan: «la ilahə illəllah, muhammədun rəsulullah» – «Allahdan başqa tanrı yoxdur, Məhəmməd (s.ə.s) Allahın elçisidir» – şəhadət kəlməsini demək; gündə beş vaxt namaz qılmaq; müsəlman orucu (hər hicri ilinin Ramazan ayını tam) tutmaq; islam icmasının yoxsul üzvlərinin xeyrinə zəkat  vergisi vermək; Məkkədəki Kəbə məscidinə həcc ziyarəti etmək. Müsəlman ibadətinin nisbətən asanlığı və Tanrı ilə birbaşa ünsiyyətin mümkünlüyü, sözsüz, islama daha çox yeni adamın, eləcə də başqa dinlərin nümayəndələrinin cəlb olunmasına təsir göstərirdi. Buna parlaq misal olaraq o zaman əhalisi müxtəlif dinlərə inanan Azərbaycanı göstərmək olar. Qeyd etmək lazımdır ki, VIII-X əsrlərdə Azərbaycanda elə vəziyyət yaranmışdı ki, çox dinlilik qalmaqda davam edirdi. Yəni, islam dini ilə yanaşı, Azərbaycan əhalisi şominizmə, zərdüştlüyə və xristianlığa da inanırdı. Azərbaycanda islamın qəbul olunması, bəzi hallarda zorla qəbul etdirilməsi mövzusunu davam etdirərkən, demək lazımdır ki, bunun Azərbaycan üçün müsbət cəhətləri olmuşdur. Ərəb istilası Azərbaycanın bütün əhalisinin bir tam halında sonrakı birləşməsinə, ölkənin şimal və cənub hissələrinin həm iqtisadi, həm də mədəni sahələrdə daha çox yaxınlaşmasına əlverişli şərait yaratmışdı. İslam dini isə Azərbaycanda qalmaqda davam edən zərdüştlik, xristianlıq və büdpərəstlik inanclarını sıxışdırıb aradan çıxararaq ölkənin müxtəlif etnik ünsürlərinin birləşib bir əsasda möhkəmlənməsinə təsir göstərmişdi. İslamın qadına sosial baxışlarının əsas konsepsiyalarını sadalamağa başlayandan qabaq öz mahiyyətinə görə orijinal olan küfr təlimlərinin (dinsiz təlimlərin) və müxtəlif fikirliliyin təhlilini vermək zəruridir. Bunlar mövcud quruluşa qarşı etiraz formaları olub, əksər hallarda orta əsrlərdə islamın hakim olduğu zaman Quranın, bütünlükdə islam dininin ruhuna xas olmayan hallar idi. 
14 iyul 2013
GO BACK