Qadin.NET / Dünyəviləşmə bir xəstəlikdir

Dünyəviləşmə bir xəstəlikdir

 Dünyəviləşmə bir xəstəlikdir

Dünyəviləşmə insana haqq, hüquq və axirət gerçəkliyini unutdurur. Axirət həyatını unudan insan isə hər cür pisliyə qadirdir. 

Dünyəviləşmə xəstəliyinin əlamətləri:

İnsanın pul qazanmaqdan başqa bir şey düşünə bilməməsi.
İnsanın öz ibadətlərinə əhəmiyyət verməməsi, həyatını dünyaya həsr etməsi.
Axirətə inancın zəifləməsi.
İnsanın haqq yemək mövzusundakı inamını itirməsi.
Sahib olduğu malları müqəddəs hesab etməsi.
İnsanın namaza və digər ibadətlərinə olan inamının itirilməsi.
Yalan və riyakarlığı xarakter halına gətirməsi.
İnsanlara yuxarıdan aşağı baxması. 

Dünyəviləşmə, müsəlmanların ruh və duyğu dünyalarını zəiflətməkdədir. Bu xəstəliyə tutulan kəs vəzifə, mülk arxasınca qaçır və bunun üçün harama batmaqdan qorxmur. Qarşı cinslə əlaqələrində Allahın qoyduğu sərhədləri pozur və bunu adiləşdirir.

Dünyəviləşmə xəstəliyi insanda bir növ xarakter pozğunluğuna gətirib çıxarır. Yəni bu insan artıq ağlından və iradəsindən istifadə edə bilmir. Onun üçün həyat yalnız puldan ibarətdir.
İbn Haldun cəmiyyətlərin  çökməsini insanların pul, mövqe və rahatlığa marağı ilə işləməyə qapılmalarına bağlayır. İsraf, göstəriş, pul və mövqeyə düşkünlük insanların deyil, cəmiyyətlərin də sonunu gətirir.

Dünyəviləşmə bir xəstəlikdir

İslam bizlərə zamanın qiymətli bir xəzinə olduğunu və hər dəqiqəni faydalı işlərlə keçirməyin lazım olduğunu öyrədir. Çünki, həyat çox qısadır və insan axirət azuqəsini bu dünyada hazırlamaqdadır. Ona görə də müsəlmanın boş vaxtı yoxdur. Məktəblərin tətildə olduğu bu günlərdə insanlar tətil həyəcanı ilə hər növ xərcləmələr və israfcıl alış-verişlər etməkdədirlər. Çünki, bu insanlar tətil deyəndə yalnız gəzib əylənməyi, yeyib içməyi anlayır və hadisəyə yalnız bu tərəfdən baxırlar. Tətil dövründə müsəlmanların nələr edə biləcəklərini nəzərdən keçirmələri və boş vaxta fürsət verməmələri lazımdır. Lakin çox təəssüf ki, tətil anlayışı artıq dünyəviləşən müsəlmanların zehinlərində də alış-veriş və məsuliyyətsizcə yaşanan bir müddət olaraq qalır.

Qurandan:

Mədinədə aclıq davam edərkən bir xəlifə ticarət karvanı ilə Şamdan çıxaraq Mədinəyə çatmışdı. Mədinəlilərin təkrarlanan bir ənənəsi vardı, bu ənənəyə uyğun olaraq karvanı dəflərlə qarşıladılar. O sırada Həzrəti Peyğəmbər (s.ə.v.s) məsciddə xütbə verməkdə idi. Bir neçə qadının və qadın xaricində hər kəsin xütbəni buraxıb, karvana qaçdığını gördü və belə buyurdu: "Əgər məsciddə kimsə qalmasaydı, bu vadini atəş seli bürüyərdi" .Və ardından bu ayə nazil oldu: "Bir ticarət və əyləncə gördükləri zaman dərhal dağılıb ona getdilər və səni ayaqda buraxdılar. De ki: "Allahın yanında olmaq əyləncədən və ticarətdən də xeyirlidir. Allah, ruzi verənlərin ən xeyirlisidir" (Cümə: 11).

10 iyul 2013
GO BACK