Qadin.NET / Töhid Mufazəl risaləsi (Son)

Töhid Mufazəl risaləsi (Son)

Töhid Mufazəl risaləsi (Son)
"Üçüncü məclis"
Səslər cisimlərin havadakı əks-sədalarından yaranır və hava onu bizim eşitmə "cihazlarımıza" yetirir. Adamlar səhərdən axşama qədər və hətta gecələr yeri gəldikcə danışırlar. Bu səslər göydə qalsaydı, dünya səslə dolub, camaatın iş-güzaranı çətinliyə uğrayardı. Beləliklə kağızdan artıq hava tələb edib və tez-tez kağızı dəyişdiyimiz kimi havanı da dəyişmək lazım olacaq idi. Çünki danışıq yazıdan artıqdır .Hikmətli və mütəal Allah bu havanı lətafətli və görünməz kağız kimi yaranmışlarına bağışlayıb. Hava danışıq və səsləri həml edir (yəni udur). Və bir daha sonra danışıq izi onda yoxdur, gələcək danışıq vəsəsləri saf və xalis olaraq yenə də intiqal verir (yəni qəbul edir). Hava heç bir zaman işdən düşmür və belə bir qabiliyyətə hər bir zaman malikdir. Təkcə havanın məsləhəti və yaranması haqda düşünmək ibrət üçün bəsdir. İnsan hava ilə diri qalır. Nəfəs çəkmək və havanı köksə doldurub bir daha çölə "ötürmək" insanı canlandırır. Hava bədəndən xaricdə və dəridə insanı oxşayır. Hava səsləri uzaq yoldan gətirir və xoş qoxuları bizə təqdim edir. Görürsən ki, yel gələn tərəfdən xoş qoxu və gur səs gəlir. Hava həm də isti ilə soyuğu həml edir və bu isti-soyuq dünya işində nəzm və məsləhət yaradır.
Töhid Mufazəl risaləsi (Son)

Ağacların yaranmasında Allahın cürbəcür tədbirlərinə baxaq. Ağac ildə bir dəfə ölür və qərəzi "yaşayışı" dövründə gizlədilir. Bu halda meyvələrin maddələri onda yaranıb hazırlanır. Yaz gəldikdə ağac təzədən dirilib və hərəkətə başlayır. Və istədiyin meyvələri sənin üçün bəsləyir. Hər meyvə öz vaxtı, fəsli üzrə və qonaqlıqlarda hərdən bir sənin qabağına düzülür. Şirni və başqa yeməklər kimi.

Diqqət etdikdə görəcəksən ki, barlı ağaclar öz meyvələrini sənə ithaf etməkdədirlər. Bağ və bağçalarda isə gül dəstələri reyhan və yasəmən dəstələri yenə də sənə ithaf olunur. Hansını istəyirsən, sevirsən, seç götür. Düşünən insana öz qulluqçusunu tanımaq lazımdır. Tanıyırsanmı?(Yəni bütün bu Allahın yaratdığları insana qulluq edir). Anlayan insan lətiflərin rəngbərəng və cürbəcür olduğunu düşünməli, öz nemət bağışlayan mövlasına qədərdanlıq (şükür) etməlidir. Edirsənmi? Bir belə yemək, meyvə, göy-göyərti, al-əlvan güllər, bağda, bostanda, dağda və orda-burda sənin üçün hazırlanıbdır və sən belə gözə çarpan ehsanları görməyib ,Allahın əmrinə asi olaraq şükr-dua əvəzinə nemətlər qarşısında küfr deyirsən?!

Töhid Mufazəl risaləsi (Son)
"Dördüncü məclis"                    

İndi sənə hər neçə müddətdən bir baş verən bəla və afətlərdən danışacağam. Düşünməz insanlar bu bəla və afətləri araya sürərkən qüdrətli Allahın yaratmaq qüvvəsini həm də tədbirlə təqdirini danmağa çalışırlar və bu afətlərin vücudunu hikmət üzündən bilməyirlər. O cümlədən vəba, taun və bu kimi başqa naxoşluqlar və dolu, fırtına, sel və zəmilərə çəyirtkə axını və meyvələr afətinə işarə etmək olar. Bunların cavabında demək lazımdır ki, dünyanı yaradan və müdəbbir bir başçısı olmasa idi, dünyada bundan artıq afət və bəla baş verərdi. Məsələn, yer-göyün nəzmi, nizamı pozulub, ulduzlar yerə düşərdilər və ya yer kürəsinin torpaqları su içinə cumub, günəş bir daha dan yerini söküb, qürub etməzdi. Çaylar, çeşmələr, kəhrizlər quruyub su tapılmazdı. Hava hərəkətdən durub, daha yellər əsməyib və hər bir şey fəsada uğrayıb və dənizlərin suyu torpaq hissələrə hücum edib, bütün heyvanları aradan götürərdi! Bu düşünməzlərin verdikləri sual və dedikləri taun, vəba və göl bəlaları keçicidir və hərdən bir üz verir. Daimi olsaydı, hamını yazıq edib aradan aparardı. Görürsən ki, dünya bütün insanları aradan aparan bəlalardan qorunubdur və Allah-Təala yeri gəldikcə insanları kiçik afət və bəlalara mübtəla edib. Onları qorxudub, tərbiyə edir və tezliklə, o afət və bəlaların izlərini aradan qaldırır, beləliklə afət və bəla insanlara öyüd verir və aradan getməsi isə Allahın nemətlərindəndir. Dinsizlər deyirlər: Allah rəhmətli və rauf olsaydı, neçə insanların qəm-kədər və müsibətə uğramasına necə dözür və belə-belə çətinliklərin törənməsi əsla nədəndir? Belə bir sözləri bəyan edən düşünə bilməyən insan elə zənn edir ki, insanın yaşayışı bütünlüklə, qəm-kədərdən qıraq olmalıdır. Belə olsaydı, şər və fəsad işləri tüğyan edər, dindən çıxmaq insanlarda çoxalardı və nə bu dünya, nə də o dünyanın xeyrinədir. Görürsünüz ki, bir sıra nazlı və nemətli yaşayışa çatıb, rahatlıq, var-dövlət və qorxmazlıqla tərbiyə olunan insanlar bəşər və yaranmış olduqlarını yaddan çıxardaraq, nemətləri küfran edib, dindən çıxıb, tüğyan edirlər.

Töhid Mufazəl risaləsi (Son)

Bunlar bir zərrəcə özlərinə ziyan, çətinlik və ağrı yetişməyi qəbul edə bilmirlər. Bir əlsiz-ayaqsıza yardım göstərib, bir dilənçiyə məhəbbət göstərib, bir yazıq bəla görmüş insana atifəli (xeyirxahlıq, ürəyi yanmaq) olmaq bunların vicdanından uzaqdır. Bir kiçik çətinlik, ağrı və müsibət insanlara üz gətirdikdə, qəflət yuxusunda olan Allahı inkar edən düşünməzlər özlərinə gəlirlər və etdikləri günahların çoxluğundan peşmanlayıb, tövbə edirlər.

Bu kiçik ağrı və çətinlikləri bəyənməyənlər acı dərmanları yaman-yoğuz (təhqiramiz) deyən uşaqlara bənzəyirlər. Bu uşaqlar dadlı, ancaq zərərli olan yeməklərdən uzaqlaşdırılan zaman hirslənirlər. Onlar biliklərin çoxaltmağa çalışmırlar və elm öyrənmək onlar üçün çətin bir işdir. Hər bir halda oynayıb, istədikləri hər bir yeməli və içməlidən faydalanmağı gərəkli bilirlər. Onlar bilmirlər ki, oynayıb bətalətlə dolanmaq dünya və dinə nə qədər zərərlidir və yeməli, ancaq zərərli yeməklər onları cürəbəcür naxoşluqlara uğradır. O uşaqlar bilmirlər ki, bilik və ədəb öyrənmək onlara parlaq və faydalı nəticələr gətirir və acı dərmanları yeməklə sağlamlıq onlara ithaf olunur. Bir çox çətinliklərin arxasında rahatlıq vardır. Bir çox acıların ardınca şirinliklər vardır...

 

Son 

11 avqust 2013
GO BACK