Təsbeh Namazının qılınması
"Sübhanallahi vəl-həmdi lilləhi və la ilahə illallahu vallahu əkbər. Və la hövlə və la qüvvətə illa billahil-aliyyil-azıym "
Günahların əfvinə vəsilə olan təsbeh namazı 4 rükətli bir namazdır.
Təsbeh namazı qılmağın savabı çoxdur. Sevgili Peyğəmbərimiz s.a.s təsbeh namazı qılmağını tövsiyə etmiş, bu namazı qılanların bir çox günahının bağışlanacağı xəbər verilmişdir.
Təsbeh namazı hər zaman qılına bilər. Ayda və ya ildə bir dəfə, heç olmasa ömrünüzdə bir dəfə qılınmalıdır.
Bu namazı qıla bilmək üçün yuxarıdakı təsbehi əzbər bilmək lazımdır.
1.Rükət
Qəlbən təsbeh namazı qılmağa niyyət edilir.
"Allahu Əkbər "deyərək namaza başlayırıq.
Sübhanəkədən sonra
15 dəfə təsbeh
Fatihə və 1 surədən sonra
10 dəfə təsbeh
Rüku təsbehindən sonra
10 dəfə təsbeh
Rükudan qalxdıqdan sonra
10 dəfə təsbeh
Səcdə təsbehindən sonra
10 dəfə təsbeh
Səcdədən durunca
10 dəfə təsbeh
2.səcdə təsbehindən sonra
10 dəfə təsbeh oxunur.
* Beləcə birinci rükət qılınmış olur.
* İkinci rükətə qalxılar.
2.Rükət
Fatihədən əvvəl
15 dəfə təsbeh
Fatihə və 1 sürə'dən sonra
10 dəfə təsbeh
Rüku təsbehindən sonra
10 dəfə təsbeh
Rükudan durunca
10 dəfə təsbeh
Səcdə təsbehindən sonra
10 dəfə təsbeh
Səcdədən durunca
10 dəfə təsbeh
2.səcdə təsbehindən sonra
10 dəfə təsbeh oxunur.
* İkinci rek'atte oturulduğunda, Ət-tehiyyâtü, Allahumme salli və Allahummə barik duaları oxunur.
* Üçüncü rükətə qalxılır.
3.Rükət
Sübhanəkədən sonra
15 dəfə təsbeh
Fatihə və 1 sürə'dən sonra
10 dəfə təsbeh
Rüku təsbehindən sonra
10 dəfə təsbeh
Rükudan durunca
10 dəfə təsbeh
Səcdə təsbehindən sonra
10 dəfə təsbeh
Səcdədən durunca
10 dəfə təsbeh
2.səcdə təsbihindən sonra
10 dəfə təsbeh oxunur.
* Beləcə üçüncü rükət qılınmış olur.
* Dördüncü rükətə qalxılar.
4.Rükət
Fatihədən əvvəl
15 dəfə təsbeh
Fatihə və1 sürə'dən sonra 10 dəfə Sübhanallah
Rüku təsbehindən sonra
10 dəfə təsbeh
Rükudan durunca
10 dəfə təsbeh
Səcdə təsehindən sonra
10 dəfə təsbeh
Səcdədən durunca
10 dəfə təsbeh
2.səcdə təsbehindən sonra
10 dəfə təsbeh oxunur.
* Dördüncü rükətə oturulduğunda, Ət-tehiyyâtü, Allahumme salli, Allahümme barik, rəbbəna Atina və Rəbbənağfirli duaları oxunur.
* Əvvəl sağa, sonra sola dönülərək: Es-Salamun Aleykum və Rahmətullah deyilir. Namaz qurtarır.
* Təsbeh namazının hər rükətində oxunan təsbeh ədədi 75'dir. Dörd rükətdə 300 təsbeh oxunmuş olur.
* Dua edilir.
Allahım hər birmizin namaz və duaların, tövbələrin qəbul etsin. Amin.