Peyğəmbərimizin (s.a.s.) hədislərindən
Salihə qadına veriləcək lütflər.
Salihə qadın olmaq istərdinizmi?
14. Doğumdan sonra 40 gün içində ölən müsəlman qadına şəhidlik mərtəbəsi verilir.
15. Gecə ağlayan körpəsinə bəd dua etmədən süd verən anaya bir illik namaz və oruc savabı verilir.
16. Körpəsi ağladığı üçün gecə boyu yatmayan qadına 20 qul azad etmiş savabı verilir.
17. Körpəsinə süd içirən qadın içirdiyi hər qurtum qarşılığında 1 savab verilir.
18. Körpəsi süddən kəsildiyi gün möminə qadına 1 mələk gələrək: (qadın onu görüb eşitməsə də) Allahın ona cənnəti vacib qıldığını müjdələyər.
19. Körpəsi xəstə olduğu halda yatmayıb, körpəsinin sağalması üçün çalışan qadının Allah günahlarını əfv edər və ona 12 illik nafilə ibadət savabı verər.
20. Sadəcə qız uşaqları olan və bunun üçün Allaha şükür edən qadın və kişi mənimlə cənnətə girər.
21. Evini süpürərkən Bismillah deyən qadına Beytullahı (Kəbəni) süpürmüş savabı verilir.
22. Bismillah deyərək xəmir yoğuran qadının ruzisinə bərəkət verilir.
23. Çox ətirlənərək küçədə gəzən qadın böyük günah işləmiş sayılır.
24. Ərindən başqasının üzünə və gözünə şəhvətlə baxan qadına Allah (c.c) lənət edər.
25. Əri uzaq səfərdən dönüncə ona yemək yedirən və ona sadiq qalan qadına 12 illik ibadət savabı verilir.
26. Əri Allah yolunda (İslami, elm və təhsil, hərbi xidmət, vətəni müdafiə üçün savaşda) olan və onun yoxluğuna səbir edən qadın digər qadınlardan 500 il öncə cənnətə girəcəkdir. Ona izzət və ikram olması üçün 70 min mələyin daşıyacağı cənnət paltarı verilir.
Əziz bacılar! Hər birinizə salihə qadın olmağı və hər iki dünyada səadət əldə etməyinizi arzu edirəm.