Qadin.NET / Namaz qılındıqdan sonra nələr oxunur

Namaz qılındıqdan sonra nələr oxunur

Namaz qılındıqdan sonra nələr oxunur

“Allahümmə əntəssəlamü və minkəssəlam, təbarəktə yazəlsəlali vəlikram” deyilir.

“Allahümmə salli ala səyyidina Muhammədin və ala səyyidina Muhamməd” deyərək peyğəmbərimizə salavat və salam gətirilir.

Daha sonra "Sübhanallahi vəlhəmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər və la qüvvətə illa billahil aliyyil azım”.

Daha sonra “Ayətül kürsü” oxunur, zikr edilib (34 dəfə Allahü Əkbər, 33 dəfə əlhəmdulillah, 33 dəfə subhanəllah),

“La ilahə illəllahu vəhdəhu la şərika ləh, ləhülmülkü və ləhül həmdi və huvə ala külli şəyin kadir” deyilir və əllər göyə qaldırılaraq dua edilir.

 

Namaz qılındıqdan sonra nələr oxunur

 Dua

Aləmlərin Rəbbi Allaha şükür olsun, Peyğəmbərimiz Həzrəti Muhamməd Aleyhissalama, ona uyanlara və əhli beytinə salavat və salam olsun Allahım! Təhəmmül edə bilməyəcəyimiz çətinliklərdən, dünya və axirət işlərimizdə darlıqdan, üzüntü verəcək müqəddəratdan, düşmənləri sevindirəcək kədərdən sənə sığınırıq.

Allahım! Günahlarımızı bağışla və bizi qoru, bizdən razı ol, ibadətlərimizi qəbul et, bizi cənnətə göndər, cəhənnəm atəşindən qurtar, dünya və axirətə aid bütün işlərimizi düzəlt. Səni anmaq, sənə şükür etmək və yaxşı ibadət etmək üçün bizə kömək et Allahım!...

Allahım! Bütün işlərdə sonumuzu gözəl eylə və bizi dünyanın üzüntülərindən, axirət əzabından qoru.

            Allahım! Mərhəmətinə, bağışlamana səbəb ola biləcək şeyləri və bütün günahlardan uzaq qalmağı, yaxşılıqların hamısını əldə etməyi və nəhayət cənnətə getməyi və cəhənnəmdən qurtulmağı səndən istəyirik.

            Allahım! Heç bir günahımızı buraxma, hamısını bağışla, heç bir üzüntümüzü buraxma, bizi sevindir, bizə bütün borclarımızı ödəyəcək güc – qüvvət ver, dünya və axirətə aid sənin razı olduğun hər ehtiyacımızı qarşıla. Ey mərhəmətlilərin ən mərhəmətlisi!

            Allahım! Bizə dünyada yaxşılıq və gözəllik, axirətdə də yaxşılıq və gözəllik ver və bizi mərhəmətinlə bağışla, cəhənnəm əzabından qoru. Ey mərhəmətlilərin ən mərhəmətlisi!

            Ey Rəbbimiz! Məni, anamı, atamı və bütün möminləri hesab görüləcəyi gün mərhəmətinə bağışla. Ey mərhəmətlilərin ən mərhəmətlisi. Salam bütün peyğəmbərlərin üzərinə, həmd yalnız aləmlərin Rəbbi Allahadır.

            Duanı “Sübhanə rəbbinə rəbbilizzəti amma yesifun – Və səlamün aləl mürsəlin – Vəlhamdü lillahi rəbbilaləmin” ayəsi ilə bitirir və əlini üzünə çəkirsən.

25 iyun 2013
GO BACK