Rəcəb və şaban ayları nafilə oruc aylarıdır. Əfəndimizin rəcəbi-şərifdəki orucları:
Abdullah ibn Abbas (ra) izah edir:
"Rəsulullah (s.ə.v.) bəzi illər rəcəb ayında elə oruc tutardı ki biz, "Yəqin heç yeməyəcək (ayın hər günündə tutacaq)" dəyərdik. (Bəzi illərdə də elə) yeyərdi ki biz, "(Yəqin) bu ayda heç oruc tutmayacaq deyərdik." Kiçik yaşdan etibarən Əfəndimizin (s.ə.v.) xidmətçisi olan Ənəs b. Malik r.ə. də belə izah edir:
Rəsulullahın belə dediyini eşitdim: "Cənnətdə rəcəb adlı bir çay vardır. Süddən daha ağ və baldan daha şirindir. Kim rəcəb ayında bir gün oruc tutsa, Allah Təala o kimsəyə bu çaydan su içirəcək."
Əfəndimiz (s.ə.v.) rəcəbi-şərif orucunun fəziləti haqqında bir başqa hədislərində isə belə buyurmuşlar:
"Bir kimsənin rəcəb ayında bir gün oruc tutması, bir illik oruc tutması kimidir (o dərəcə savabı vardır). Yeddi gün oruc tutduğunda isə özünə cəhənnəmin yeddi qapısı bağlanar. Səkkiz gün oruc tutduğunda da cənnətin səkkiz qapısı ona açılar. On beş gün oruc tutduğunda səmadan bir münadi ona: "Keçmişdə etdiyin bütün günahların bağışlandı. Pisliklərin yaxşılığa çevrildi. Yeni əməllər işləməyə məşğul ol!" deyər. Kim bu ayda yaxşılıq və lütfkarlığı artırsa, Allah da ona qarşı lütfkarlıq və nemətini artırar. Nuhun gəmisi rəcəb ayında üzməyə başladı. Nuh bu ayda oruc tutdu və yanındakılarının də tutmasını əmr etdi. Nuhun gəmisi məhərrəmin onuna qədər tam altı ay bu halda seyr etməyə davam etdi."
Əfəndimizin şabanı-şərifdəki orucları.
Əfəndimiz (s.ə.v.) şaban ayının fəzilətinə bu hədisi şərifi ilə işarə etmişdir:
"Şaban ayı rəcəb ilə ramazan ayı arasında insanların qiymətindən qəflətə düşdükləri bir aydır. Halbuki o əməllərin Allaha yüksəldildiyi bir aydır. Mən də əməlimin Allaha oruclu olduğum halda yüksəldilməsini istəyərəm."
Rəsulu Əkrəm (s.ə.v.) şaban ayında oruc tutmağa, xüsusilə rəcəb və ramazan ayları arasında qalan bu aydan insanların qafil qalmalarını önləmək üçün əhəmiyyət vermişdir, deyilə bilər.
Zeyd b. Eslemin (r.a.) rəvayət etdiyinə görə, Peyğəmbərə (s.ə.v.) yalnız rəcəb ayında oruc tutan bir birlikdən bəhs edildi. Əfəndimiz:
"Onlar Şaban ayında haradadırlar?" deyə xəbərdarlıq edərək, üç ayın hamısının ayrı-ayrı əhəmiyyətli olduğunu, birində çox əməl edib də digərininin tərk edilməməsi lazım olduğunu tövsiyə etmişdir.
Bəzi alimlər şaban ayında tutulan nafilə orucun digər aylarda tutulan nafilə oruclardan daha üstün və fəzilətli olmasının hikmətini belə açıqlamışlar:
Nafilə orucların üstünlük baxımından ən əhəmiyyətli olanları ramazan ayına bitişik olanları, yəni ramazanın əvvəlində və sonrasında olanlarıdır. Bu eynilə fərz namazların əvvəlində və sonrasında qılınan sünnə namazların vəziyyətinə bənzər. Necə ki bu sünnələr bizim namazlarımızda meydana gələ biləcək, nöqsanlıqlar və qüsurlar üçün bir təmir edicidirlərsə, Ramazan ayının əvvəlində və sonrasında tutulan nafilə oruclar da elədir.
Əvvəlində tutulan nafilə oruclar ramazan üçün bir hazırlıq olarkən, sonrasında tutulanlar isə əskiklikləri tamamlayır. Necə ki fərz namazların əvvəlində olan sünnələr digər nafilələrdən fəzilət baxımından üstündür, eyni şəkildə zaman baxımından ramazana yaxın olan nafilə oruclar da digərlərinə nəzərən daha üstündür. Bu səbəblə Rəsulullah (s.ə.v.) şaban ayının orucuna ayrı bir əhəmiyyət vermiş və ramazandan sonra altı gün şəvval orucunun tutulmasını əhəmiyyətlə tövsiyə etmişdir.
İnsanların şaban ayından qafil qalmalarının səbəbi isə üç aya girilməsi ilə birlikdə rəcəb ayına böyük bir əhəmiyyət vermələri, şaban ayına gəldiklərində isə boş qalmaları və ramazanda təkrar ibadət və itaətə əhəmiyyət vermələridir.
Bazar ertəsi və cümə axşamı orucları:
Əbu Katade əl-Ənsarının (r.a.) nəql etdiyinə görə, bir kimsə Rəsulullahın (s.ə.v.) yanına gələrək bazar ertəsi günü orucunu soruşdu. Rəsulu Əkrəm (s.ə.v.) də, "Bəli, o gün mən dünyaya gəldim və yenə o gündə Quran mənə endirilməyə başlandı." deyə cavab vermişdir.
Rəsulu Əkrəm (s.ə.v.) bazar ertəsi və cümə axşamı günləri oruc tutmanın səbəb və fəzilətini bir başqa hədisi şərifdə belə ifadə etmişdir: "O iki gün əməllərin Allaha ifadə edildiyi gündür. Mən də əməllərimin oruclu bir şəkildə Allaha ifadə edilməsini istəyərəm."
Qəməri ayların 13, 14 və 15-ci günlərinə "əyyamı bid", yəni ağ günlər deyilir. Bu günlər bütöv ay vaxtıdır və gecələrin ən işıqlıq olduğu günlərdir. Peyğəmbərimiz (s.ə.s) ramazan orucu fərz qılınmadan əvvəl əyyamı biddə oruc tutmuşdur. Ramazan orucu fərz qılındıqdan sonra da bu orucu tutmağa davam etmiş və "Kim hər aydan üç gün oruc tutsa, ömür boyu oruc tutmuş kimi olar", sözləriylə bu orucun tutulmasını təşviq etmişdir.
Birinin Allaha yaxınlığı yalnız oruc tutmaqla və oruc müddətin tərəfindən haramlardan çəkinməklə olmamalıdır. Allaha yaxın olmaq, Onun qadağan etdiyi hər cür şeydən; yalandan, zülmdən, düşmənliklərdən hər vaxt uzaq dayanmaqla mümkün olar. Haram işlərdən davamlı uzaq dayanılmadıqdan sonra Allaha yaxınlaşmaq olmaz. Rəsulu Əkrəm (s.ə.v.) buna işarə ilə belə buyurmuş:
"Kim yalan sözü və onunla əməl etməyi tərk etməzsə, Allahın o adamın yeməsini, içməsini tərk etməsinə ehtiyacı yoxdur."
Cabir (r.a) belə demişdir: "Oruc tutduğun zaman qulağın, gözün və dilin harama və yalana qarşı oruclu olsun. Qonşuna əziyyəti tərk et! Oruclu olduğun zaman üzərində bir təmkin və sükunət olsun. Oruclu olduğun gün ilə olmadığın gün bir olmasın."
Rəsulu Əkrəm (s.ə.v.): "Nə qədər oruc tutanlar vardır ki, bu orucdan nəsibləri yalnız ac və susuz qalmaqdan ibarətdir. Nə qədər gecə qalxıb da ibadət edənlər vardır ki, onların bundan nəsibləri yalnız yuxusuzluq və zəhmətdir", buyurmuşdur.
Bu mübarək gecələr axşam namazından başlayar və digər günün axşam namazına qədər davam edər. Bu gecələri canlandırmaq üçün o günün axşam namazından əvvəlki gün orucla keçirilə biləcəyi kimi sonrakı gün də orucla keçirilə bilər.
Bu vəziyyətdə axşamdan əvvəlki oruc mübarək gecəni qarşılamaq adına tutulan oruc olar. Digəri isə şəxsən həmin gecənin (məsələn, Bərat gecəsinin) gününü canlandırmaq üçün tutulan orucdur. Beləliklə böyüklər belə mübarək gecələrin əhyasını "gecələri qaim, gündüzlərini saim" şəklində təsvir etmişlər. Yəni gecə ibadətə qalxılmasını və eyni gecə iftar edib gündüzün də orucla keçirilməsinin ən üstün davranış olduğunu bildirmişlər.
Əgər Mübarək gecə günü cümə isə, yəni cümə axşamını cüməyə bağlayan gecədirsə, Əfəndimiz (s.ə.v.) yalnız cümə günündə oruc tutulmasını xoş qarşılamamış və buna şənbəni də əlavə edərək orucunu tutmuşdur.