Qadin.NET / Namazda bilmədiklərimiz

Namazda bilmədiklərimiz

 


Namazda olduğunu bildirmək 

Sual: Dükanın arxa tərəfində namaz qılan kimsənin müştərisi gəlincə, orada olduğunu və namaz qıldığını bildirmək üçün nə etməsi lazımdır? Məsələn öskürər kimi etsə namazı pozularmı?  

CAVAB

Namazda olduğunu bildirmək üçün öskürüncə, bir hərf çıxacaq qədər az olsa namaz pozulmuş olmaz, məkruh olar, bir hərfdən daha çox olsa namazı pozar, lakin Qurani Kərimi yüksək səslə oxusa, Əlhəmdülillah, Allahu Əkbər və ya Sübhanallah desə, namazı pozulmuş olmaz. (Halebi)

Namaz qılana salam

Sual: Namaz qılan kimsəyə salam verilsə, o da işarə ilə alsa və ya bir sual soruşulsa işarələ cavab verilsə namazı pozulmuş olarmı?
CAVAB
Əliylə, gözüylə, başıyla, qaşıyla salamı almaq, namazı pozmazsa da məkruh olar, lakin soruşulan bir suala bəli və ya xeyr mənasını verən bir işarələ, başıyla, əliylə və ya gözüylə cavab verməsi məkruh deyil. (Halebi- S. Ebediyye)

Fatihəni unutmaq

Sual: Bir adam və ya imam, unudub Fatihənin bir qisimini oxusa, səcdeyii səhv lazımdırmı?
CAVAB
Fatihənin çoxunu oxucu da, azını unutsa, səcdeyi sehv lazım deyil. Əgər yarıdan çoxunu unutsa səcdeyi sehv lazımdır. (Hindiyye)
 
Sual: Səcdeyi səhv, hansı hallarda və necə edilər?

CAVAB

Səcdeyi səhv [yanılma səcdəsi], fərzin gecikməsi, fərzin təkrarı, vacibin təryi, vacibin gecikməsi, vacibin təkrarı və vacibin dəyişməsindən ötəri, o namazın sonunda edilməsi lazım olan səcdədirdir. Belə edilər:

Son oturuşda namazın salamlarını  verəndən sonra dərhal "səcdeyi səhv" niyyətini edib,alnını möhürün,ya torpağın üstünə qoyub deyər "Bismillahi və billahi. Əssəlamu əleykə əyyühənnəbiyyu və rəhmətullahi və bərəkatuh". Və sonra başını möhürdən qaldırıb "Allahu əkbər" deyər və yenə alnını möhürün üstünə qoyub həmin zikri dedikdən sonrabaşını möhürdən qaldırıb "Allahu əkbər" deyər və sonra təşəhhüd və salamları deyirsən.

Sual: Hansı hallar səcdeyi sehvi tələb edir?
 

CAVAB

Səcdeyi sehvi tələb edən hallar bunlardır:

1- Fərzin təxiri (gecikməsi)
2- Fərzin təkrarı
3- Vacibin təryi
4- Vacibin təxiri
5- Vacibin təkrarı
6- Vacibin tebdili (dəyişməsi).

Sual: Namazda sıra ilə qılmaq yəni tərtib fərzdirmi?

CAVAB

Bəli fərzdir. Səcdələr əvvəl edilsə, rüku sonra edilsə namaz səhih olmaz.
17 noyabr 2010
GO BACK