Qadin.NET / Allah "Ol!" demədiyi zaman

Allah "Ol!" demədiyi zaman

Allah "Ol!" demədiyi zaman

 

Çox sadə bir sual: Cənab-ı Haqqın var etməyi istəmədiyi bir şey var ola bilərmi? Ya da bəzən bir şeyi var edə bilmək Allah üçün çətin olmuş ola bilərmi?

     Cavab məlumdur: Xeyr! O bir şeyi var etmək istədiyində yalnız "Ol" deyər, o da dərhal olar. 
     Bura qədər hər şey çox açıq və qətidir. Kiçik bir uşaq da bilir bunları. Onsuz da Allah inancını qəbul edən bir adamın bunların əksini düşünməsi Allah fikriylə ziddiyyət təşkil edər.
     Yaxşı, biz bir şeyi çox istəyirik, olması üçün əlimizdən gələni edirik, amma o şey olmursa, bu nə deməkdir? Birini sevirsiniz, amma heç cür onunla evlənə bilmirsiz. O işin, bu işin arxasından qaçırsınız, amma alınmır. Heç cür pul qazana bilmir, varlı ola bilmirsiniz. Universitetə 3-4 il imtahan verirsiniz, qəbul ola bilmirsiniz. Uşağınızın olmasını istəyir, həkimə qaçırsınız, olmur... Nə edəcəyik belə hallarda?
     Çox istədiyimiz bir şeyə Rəbbimiz "Ol" demədiyi vaxt imanlı müsəlmanın üzərinə düşən nədir?
     Zəlzələdə bütün ailəsini itirən bir qadına təsəlli vermək istəyən könüllü psixoloqa "Nə edək, Allah verdi, Allah aldı, kimə üsyan edək?" deyən qadının imanından bəhs edək. Bir daha anlayırıq ki, insanı yıxan, inancını itirən şey yaşadığı hadisələr deyil, hadisələri necə qəbul etməsidir.
     Biz bir şeyin olmasını çox istəmiş, çox dua etmiş olduğumuz halda Allah onu etməsə, bu, dualarımızın rədd edilməsi mənasını verməz. Ən uyğun zamana təxirə salındığı və ya ondan daha xeyirlisinin veriləcəyi mənasını verər. Əfəndimizin müjdəsi də bunu təsdiq edir: "Sizin hər birinizin duası tələsik edilmədiyi təqdirdə qəbul olunur. Qul tələsik etdiyi üçün "Rəbbimə dua etdim, qəbul etmədi" deyər (Riyâzü's-Salihin, Dua, 1504).
      Bu vəziyyətdə iş bizim Ona ​​olan etibarımıza qalmışdır. Bu nöqtədə təvəkkülümüz, təslimiyyətimiz, razılığımız imtahan edilir. Bu imtahanda itirənlər hər istəklərinə dərhal, nə bahasına olursa-olsun qovuşmaq istəyənlər, həzzini təxirə salmağı bacarmayanlardır.
Allah hər birmizin imanını güclü etsin və bizləri əməlisaleh qullarından eləsin! Amin!
25 may 2013
GO BACK