Qadin.NET / Yatmaq üçün məkruh olan vaxtlar

Yatmaq üçün məkruh olan vaxtlar

 

Yatmaq üçün məkruh olan vaxtlar

 

Sübh namazından sonra günəş çıxanadək və Əsr namazı vaxtından sonra yatmaq

     Peyğəmbər (s.v.s) buyurdu: ”Əsrdən sonra kim yatarsa və ağlını əldən verərsə yalnız özünü danlasın”. Əsr vaxtında məqsəd odur ki, hər şeyin kölgəsi özündən iki bərabər ötüb keçə və bu vaxt əsr namazının ən fəzilətli vaxtıdır.

Şam və xiftən namazının arasında yatmaq ruzinin kəsilməsinə səbəb olur.

     Peyğəmbər (s.v.s)-dan rəvayət edilmişdir ki, gün ərzində yatmaq 5 qisimdir.

1.  Əylulə yuxusu: Bu yuxu yuxarıda deyildiyi kimi, yəni sübh namazı ilə günəş çıxan zaman arasında olan fasilədə yatmaqdır. Bu yuxu məkruhdur.

2. Fəylulə yuxusu: Bu günəş çıxandan sonra günün əvvəlində yatmaqdır. Hədisdə deyilmişdir ki, bu yuxu insanın zəifliyinə səbəb olur.

3. Qəylulə yuxusu: Bu zöhr namazından qabaq yatmaqdır. Hədisdə bu yuxu bəyənilmiş və faydalı olduğu bildirilmişdir.

4. Həylulə yuxusu: Bu zöhr azanından başlamış və sonrayadək davam edən yuxudur. Hədisdə deyilmişdir ki, bu yuxu (mənəvi) zülmətə bais olur. Çünki zöhr azanı olduqdan sonra 4 rükət namaz müddəti qədər dua etmək üçün ən gözəl fürsətdir. Bu zaman göyün qapıları açılır və dualar qəbul olur.

5. Ğəylulə yuxusu: Bu günəş batan zaman yatmaqdır. Hədisdə gəlmişdir ki, bu yuxu zahiri və batini xəstəliklərə səbəb olur.

 

Yatmaq üçün məkruh olan vaxtlar

 

 

     Kimi yuxu tutarsa yuxusunu dəf etmək üçün aşağıdakı ayəni bir miqdar suya oxuyub həmin su ilə üzünü yusun.

     "Və ləmma caə Musa limiyqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə qalə lən tərani və lakininzur iləl cəbəli fəinistəqərrə məkanəhu fəsəvfə tərani fələmma təcəlla rəbbuhu lil - cəbəli cəələhu dəkkən və xərrə Musa səiqən fələmma əfaqə qalə subhanəkə tubtu iləykə və ənə əvvəlul muminin".

     Kim yaxşı yuxu görmək istəsə yatmamışdan əvvəl aşağıdakı duanı oxusun.

"Allahümmə inni əsəlükə rüyan salihatən sadikatən, ğayrə kazibətin nafiatən qayrə darrətin".

 

 

10 iyun 2013
GO BACK