Peyğəmbərin (s) yatarkən oxuduğu dua:
Məhəmməd ibn Mərvan iman Sadiqdən (ə) belə nəql edir: "İmam məndən soruşdu: "Sənə Peyğəmbərin yatarkən oxuduğu duanı öyrədimmi?" Dedim: "Bəli, öyrədin!" İmam (ə) buyurdu: Ayətül-Kürsünü oxuyur, sonra isə deyirdi:
Oxunuşu: Bismillahi aməntu billahi və kəfərtu bit-tağut, Əllahumməd-fəzni fi mənnami və fi yəqzəti.
Tərcüməsi: Allahın adı ilə, Allaha iman gətirdim, tağutdan üz çevirdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru.
Yırtıcıdan müdafiə:
Abdullah ibn Yəhya Kahili deyir: "İmam Sadiq (ə) buyurdu: "Yırtıcı bir heyvan gördükdə onunla üz-üzə "Ayətül-kürsünü oxu, sonra belə de:
Oxunuşu: Əzimtu ələykə bi-əzimətillahi və əziməti Muhəmmədin (s) və əziməti Suləymanəbni Davudə (ə) və əziməti əmiril-mumininə Əliyyibni Əbi-Talibin (ə) vəl-Əimmətit-tahirin (ə).
Tərcüməsi: Səndən qorunmaq üçün Allahı, Məhəmmədi (s), Süleyman ibn Davudu (əla nəbiyyina və alihi və ələyhis-səlam), əmirəl - möminin Əlini (ə) və məsum İmamları (ə) köməyə çağırıram. O yırtıcı heyvan inşAllah səndən üz çevirər.
Abdullah belə söyləyir: İmamın (ə) yanından xaric oldum. Bir müddət sonra bir yırtıcının mənə tərəf gəldiyini gördüm. "Əzimə" duasını oxudum. Yırtıcı bizim yoldan kənara çəkildi və ondan bizə heç bir zərər-ziyan toxunmadı. Mən ona tərəf baxanda gördü ki, başını aşağı saldı və quyruğunu iki ayağının arasına qısıb getdi.
Seyid ibn Tavus "Dəlailu - Nomani" kitabında nəql edir ki, bu dua təcrübə olunmuş və səhih duadır.
Təklikdə oxunan dua:
İmam Sadiq (ə) buyurub: "Əgər bir şəxs evdə tək yatsa, "Ayətül–Kürsünü oxusun və desin:
Oxunuşu: Əllahummə anis vəhşəti və amin rəvəti və əinni əla vəhdəti.
Tərcüməsi: İlahi, nigarançılığıma munis ol, məni qorxudan amanda saxla və təklikdə komək ol!
Şeytanın uzaqlaşması üçün:
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Hər evdə Ayətül-Kürsü oxunsa, Şeytan 30 gün o evdən uzaqıaşar."
Rəsulallah üzünü imam Əliyə (ə) tutub buyurdu: "Ya Əli (ə), bu əzəmətli ayəni öz övladlarına, ailənə və qonşularına öyrət ki, Allah Təala bu ayədən şərafətli ayə göndərməyib."
İki mələyin insana məmur olması:
Həzrət Rəsulullah (s) buyurmuşdur: "Qurani–məciddə nazil olmuş ən əzəmətli ayə "Ayətül–kürsüdür. Kim onu oxusa, Allah Təala iki mələyə əmr edər ki, növbəti gündə Ayətül-kürsü oxuyana qədər onun yaxşı əməllərini əməl dəftərində yazıb, pis işlərini məhv etsinlər."
Ardı var...