"Allah üçün sevmək, bir insana sadəcə Allah üçün dəyər verməkdir.
Bütün insanlar bir-birlərini Allah üçün sevməlidirlər. Bu sözün mənası genişdir, ancaq əsas məna birisini sevincə və ya dostluq edincə onun malına mülkünə və ya mənə xeyir verib-verməyinə və ya qarşısındakı insandan gələcək xeyir və mənfəət üçün deyil də sırf Allah yaratdığı üçün Allahın yaratdığı bir qul olduğu üçün sevməkdir.
Çünki bizlər hər birimiz Allah qarşısında quluq.
Allahın nəzərində kasıbın varlıdan və ya varlının kasıbdan üstünlüyü yoxdur. Allah insanların qəlblərinə və əməllərinə baxır, ona görə qullarının mükafat və cəzasını da verəcəkdir. Bu minvalla biz də əgər Allah üçün seviriksə, bir insanı malına puluna, nəfsani istəklərə görə və ya başqa şeylərə görə deyil, hər şeydən öncə insan olduğu üçün, Allahın yaratdığı bir qul olduğu üçün sevməli, əməllərinə, əxlaqına, xasiyyətinə görə dəyər verməliyik.
Qısaca desək Allah üçün sevmək Allahın sevdiklərini sevmək, sevmədiklərini sevməməkdir!
Mömin insanlar arasındakı sevgi Allah rızası üçün olan sevgidir, çünki onlar bir-birlərindən başqa bir mənfəət gözləmirlər.
Kafirlərə isə Allah nifrət etdiyi üçün nifrət edirlər.
Hz Ömərin (radıyallahu anh) rəvayət etdiyi bir hədisi şərifdə Rəsulullah sallallahu aleyhi və səlləm) buyurdu:

"Allahın qulları arasında bir qrup var ki, onlar nə peyğəmbərlərdir nə şəhidlərdir. Üstəlik Qiyamət günü Allah qatındkı mövqelərinin ucalığı səbəbiylə peyğəmbərlər də, şəhidlər də onlara qıbtə edərlər"
Orada olanlar soruşdu:
"Ey Allahın Elçisi! Onlar kimlərdir, bizə xəbər ver!"
"Onlar aralarında nə qan bağı nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allah üçün bir-birlərini sevənlərdir Allaha and olsun ki, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər
Və bu ayəni oxudu: "Xəbəriniz olsun kimlər ki, Allahın dostlarıdır, Onlar üçün nə qorxu, nə də kədər vardır" (Yunus 62)
Əbu Davud, Buyu 78, (3527)"