Bəzən özümüzdə bir ağırlıq hiss edirik və ya diaqnozu qoyula bilməyən xəstəliklə üz-üzə qalırıq, hətta "göz dəyib" fikri ilə də tez- tez rastlaşırıq. Belə hallarda İlahi yardımdan başqa çarəmiz qalmır. Necə ki mənim illər öncəki vəziyyətimdə-ani bir halsızlıqla yerə yıxılırdım; bir həftə ərzində çox analiz və aparat müayinələrindən keçməyimə baxmayaraq diaqnoz qoyula bilməmişdi və sonda bir həkim nəhayət dedi ki (həkimin dilindən belə məsləhət eşitmək təəccüblü idi!), siz türkə-çarə edin, tibbə aid heç nə yoxdur...
Əziz istifadəçilər, sizlərlə bir zaman yardımını gördüyüm və sonra da mütəmadi olaraq istifadə etdiyim bir neçə duanı paylaşmaq istəyirəm. Allahın izni ilə kimlərəsə faydalı olacağına inanıram.
5 dəqiqə: Əlla hümmə səlli əla Muhəmmədin və ali Muhəmməd;
5 dəqiqə: Ə-uzu billəhi minəş-şeytanir rəcim
5 dəqiqə: Bismillahir-rəhmanir-rəhim;
5 dəqiiqə: Ya Allah, Ya Rəuf, Ya Ətuf, Ya Həyyul, Ya Qəyyum;
5 dəqiqə: La iləhə illəllah;
100 dəfə: Bismillahir-rəhmanir-rəhim
Səlamun qəvlən min rəbbin rəhim
Əlla hümmə səlli əla Muhəmmədin və ali Muhəmməd;
10 dəfə: Subhanəl-lahu vəlhəmdu lil-lahu vəla ilahə illəl lahu vəllahu Əkbər
10 dəfə: Lə həvlə vəla qüvvətə illa billahi Əliyyul Əzim;
5 dəqiqə: Əstəğfurullah;
10 dəfə: Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləh;
Əlla hümmə səlli əla Muhəmmədin və ali Muhəmməd.
Bunları oxuyan zaman əsnəmək, asqırmaq, gəyirmək və ögümək kimi hallar keçirdə bilərsiz. Narahat olmayın, bu normaldır, insan narahatlıq verən şər qüvvələrdən bu yolla təmizlənir.
3 dəfə: Fatihə;
3 dəfə: Ayətəl- kursü;
3 dəfə: İxlas;
3 dəfə: Fələq;
3 dəfə: Nas;
3 dəfə: Salavat.
Bu suyu yemək-içməyə əlavə edə, adi su kimi içə bilərsiz. Həmçinin evə, həyətə səpmək də faydalıdır (bunu şər qarışan vaxt etmək daha yaxşıdır).
Yuxarıda adı çəkilən surələri xəstəyə, narahatlığı olan insana da oxumaq faydalıdır. Uşaqlar bəzən gecələri qorxub ağlayırlar, o zaman bu duaları deyilən qaydada oxumaq çox faydalı olur.
Allah dualarınızı qəbul etsin! Amin!