Qadin.NET / Kəlimeyi şəhadəti ilk gətirənlər

Kəlimeyi şəhadəti ilk gətirənlər



Bütün aləmlərə mərhəmət olsun deyə yer üzünə göndərilmiş Həzrəti Məhəmmədin təbliğ etdiyi ilahi dəvətə birinci qoşulan- ilk dəfə Kəlimeyi Şəhadət gətirən adamlar vicdan azadlığı qazanmış, bu sonsuz mərhəmətin ilk damlaları ilə ürəklərini sərinləşdirmişlər.

Bu adamlardan ikisinin adıni çəkmək istəyirik. Bunlar – qadınlardan peyğəmbərin ilk övrəti və ilk müsəlman qadın həzrəti Xədicə , kişilərdən isə , peyğəmbərin əmisi oğlu və eyni zamanda kürəkəni həzrəti Əlidir.

 Bunlar və onlardan sonra gələn ilk müsəlmanların hər biri hidayət çırağı Məhəmməd Mustafadan aldıqları tərbiyə və təlimlə alışıb yanan könüllərə cu səpmiş , zülmət içərisində qalan vicdanları işıqlandırmışlar. Allah onlardan razı olsun.

19 noyabr 2010
GO BACK