Qadin.NET / İmam Əli (ə)-in vilayəti

İmam Əli (ə)-in vilayəti

 

İmam Əli (ə)-in vilayəti

Rəcəb ayı idi .Müqəddəs kəbə evi bir çox məntəqələrdən gəlmiş zəvvarlarla əhatələn-mişdir. Məkkəyə gələnlər Həcc əməllərini yerinə yetirirdilər. Onların əksəriyyəti Allaha deyil ,cansız bütlərə tapınırdılar.Zəvvarların arasında hamilə bir qadın da var idi .

 

 Digərlərindən fərqli olaraq bu qadın tək olan Allaha sitayiş edib Yaradanın rəhmətini qazanmasına xatir Həcc əməlini yerinə yetirirdi. Doğum ağrılarını yüngül keçirmək üçün Allahdan kömək istəyir və belə dua edirdi :“ İlahi sənə və sənin tərəfindən göndərilən pey-ğəmbərlərə ,nazil etdiyin kitablara ,həmçinin bu evi tikən cəddim İbrahimin söylədiklərinə iman gətirmişəm. Bu evi tikənin müqəddəsliyinə və bətnimdəki körpəyə xatir doğuşu mənim üçün asan eylə”.

Xanım təvafi sona yetirmək üzrə idi ki,Kəbə evinin divarı ,Allahın iradəsi ilə onun üzünə açıldı. Sanki gizli bir səs ona “Rəbbinin evinə daxil ol !”-deyə əmr edirdi.Xanım Allahı evinə daxil oldu. Kəbənin ətrafında olan digər zəvvarlar və Məkkə başçıları möcüzədən dəhşətə gəlib bu qadının kimliyini öyrənmək üçün ora can atırdılar.

 Kim idi həmin qadın? Bu ,o xanım idi ki,bütün kainatı təlatümə gətirəcək müqəddəs bir şəxsiyyətin Həzrəti Əli (ə) anası olmaq şərəfi və kəraməti Allah tərəfindən ona nəsib olmuşdur.Bu ləyaqətli xanım Haşimin nəvəsi ,Əbu –Talibin həyat yoldaşı ,İsmət səmasında parlaq günəş –Əsəd qızı Fatimənin orada qalması 3 gün davam etdi. Nəhayət 4-cü gün Kəbənin divarı həmin yerdən yarıldı və xanım qucağında nurani bir körpə -Əli (ə) –la ordan çıxdı. Ərəblərin ehtiram etdikləri müqəddəs Kəbə evində baş verən bu qeyri adi hadisə bəşəriyyət tarixində misli –bərabəri olmayan bir hadisədir .Buradakı İlahi fəzilət,kəramət ,ehtiram o qədər yüksəkdir ki,həmin yüksəkliyi fəth etmək şərəfi və ləyaqəti yalnız Həzrəti Əliyə (ə) nəsib olmuşdur. Bu sevindirici müjdə bütün haşimi evlərinə yayıldı. Onlar Fatimə və Əbu -Talibi müqəddəs körpənin doğulması münasibəti ilə təbrik etməyə tələsdilər.

Ailə üzvləri arasında bu mübarək körpəni maraqdoğurucu ,digərlərindən fərqli və xüsusi baxışlarla seyr edən bir şəxs – Həzrət Məhəmməd İbn Abdullah (s) – də var idi.Həzrətin uşaqlıq dövrü Əbu –Talibin himayəsində keçmişdir və pak vücudu bütün dünyanı lərzəyə gətirəcək -“Əli” adı verilən həmin məsum ,müqəddəs körpə də gözlərini o Həzrətin qucağında açmışdır.

12 noyabr 2010
GO BACK