Ümmətimin ən xeyirxahı Kəlimeyi Şəhadətgətirəndir.
Sidq ilə “Lə iləhə illəllah”deyəncənnətlikdir.
Zikrin fəzilətlisi “Lə iləhə illəllah” ,duaların fəzilətlisi isə “Əlhamdülillah”dır.
Allah taala buyurmuşdur ki, məndən başqa məbud yoxdur. Kim ki ,Kəlimeyi tohid ilə mənim tək olduğumu qəbul edir – mənim himayəmə sığınır.Mənə pənah gətirənləri də Cəhənnəm əzabından yalnız mən qoruya bilərəm.
Kim son nəfəsində “Lə iləhə illəllahı”bilsə, yericənnətdir.
Kim ölüm yatağında “Lə iləhə illəllah” desə , cənnətin qapısı onun üzünəaçıqdır.
Kim Allahdan başqa tanrı olmadığına və Məhəmməd əleyhüsalamın Allahın elçisi olduğuna şahidlik etsə ,Allah taala o adama cəhənnəm odu göstərməz.
Hər kim ki ,Allahın birliyinə və həzrəti Məhəmmədin peyğəmbərliyinə şübhə edib inanmaz – yericəhənnəmdir.
İmanın məqamları yetmişdən artıqdır. Bunların ən mühümü “Lə iləhə illəllah” kəlməsidir.Ən adisi də yolun ortasına düşmüş daşı götürüb kənara atmaqdır.