Qadin.NET / İmam Rza (ə.s) haqqında dualar

İmam Rza (ə.s) haqqında dualar

 

İmam Rza (ə.s) haqqında dualar

İmam Rza (ə.s)-a məxsus salavat

Duanın oxunuşu

Bismillahir-rəhmanir-rəhim. Əllahummə səlli əla Əliyyibni Musa-Rıza əlmurtaza əlimamit-təqqiyin-Nəqi və hoccətikə əla mənfoqəl ərz və mən tahtəs-sara əssiddiqiş-şəhid səlatən kəsirətən tamətən zakiyətən mutəvasilətən mutəvatirətən mutəradifətən kə əfzəli ma səlləytə əla əhədin min övliyaikə.

Duanın mənası

İlahi, Əli ibni Musa Rzaya salam və rəhmət göndər, o imam ki pak və münəzzəhdir, sənin höccətindir, yer üzündə olanlara və yerin altında olanlara, o haqq danışan şəhidə salamını, salavatını, çoxlu və kamil rəhmətini ardıcıl, həmçinin o yüksək rəhmətini öz övliyalarına göndərdin, ona göndər.

İmam Rza (ə.s) haqqında dualar

İslam dinində gözəl əməllərdən biri də ziyarətdir. Ziyarətin çoxlu savabı vardır.

Həzrəti-İmam Rza əleyhissalamı ziyarət etmək haqqında İmam Sadiq əleyhissalam belə nəql edib: "Mənim nəvəm Xorasan torpağında şəhid olacaqdır. Onu tanıyaraq ziyarət edən kimsəni özüm əlimlə cənnətə daxil edəcəyəm." Bu hədisdən məlum olur ki Ziyarət dəyərlidir.

İmam Əli ibn Musa-Rza (ə.s)-ın pak hərəminə girən zaman oxunulan dua:

Duanın oxunuşu

Girişdən qabaq bu duanı oxuyursan.

Allahumə inni vəqəftu əla babin min əbvabi buyuti nəbiyyikə səlavatukə əleyhi və alihi,və qəd mənətə-nnasə ən yədxuluilla biiznih fəqultə (ya əyyuhə-lləzinə amənu latədxulu buyutə-nnəbiyy illa ən yuzənə ləkum). Əllahummə inni əətəqidu hurmətə sahibi hazəl-məşhədi-şşərifi fi ğeybətihi kəma əətəqiduha fi həzrətihi və əələmu ənnə rəsuləkə və xuləfaikə ələyhimu-ssəlam,əhyaun indəkə yurzəqun yərovnə məqami və yəsməunə kəlami və yəruddunə səlami və ənnəkə həcəbtə ən səmi kəlaməhum və fətəhtə babə biləzizi munacatihim. Və inni əstəzinukə ya rəbbi əvvələn və əstəzinu rəsuləkə səlləllahu ələyhi və alihi saniyən və əstəzinu xəlifətəkə əl-imaməl-məfruzə əllyyə taətuhu əliyyəbnə Musa-Rza ələyhi ssalam vəlməlaikətə əl muvəkkəlinə bihazihil buğətil mubarakəti, salisən ə-ədxulu ya rəsuləllahi, ə-ədxulu ya huccətallahi, ə-ədxulu ya məlaikətəllahil muqərrəbinəl muqiminə fi hazəl-məşhədi, fəzən li ya mövlayə fidduxuli əfzələ ma əzintə liəhədin min əvliyaik, fəin ləm əkun əhlən lizalikə fəəntə əhlun lizalikə.

 

İmam Rza (ə.s) haqqında dualar

Duanın mənası

İlahi, mən Peyğəmbərin qapılarından birində durmuşam ki Sənin salamların ona və əhlibeytinə olsun, Sən özün insanlara o qapıya icazəsiz daxil olmağı qadağan etdin və buyurmusan-Ey iman əhli Peyğəmbərin evinə daxil olmayın, məgər ki sizə giriş icazəsi verilə. İlahi, həqiqətən bu şərəfli məşhəd sahibinin qayibinə və həmçinin hüzuruna imanım var və yəqinim var sənin göndərdiklərin və canişinlərindir (Allahın salamı olsun onlara) ki sənin yanında diridirlər və ruzilənirlər, bizim məqamımızı görürlər, bizim sözlərimizi eşidirlər, bizim salamımıza cavab verirlər və sən onların kəlamını-sözünü eşitməyimə pərdə çəkib ləziz münacat yolumu açmısan. İlahi, əvvəl Səndən və sonra sənin Rəsulundan (Allahın rəhməti ona və əhlibeytinə olsun) icazə istəyirəm və üçüncü dəfə sənin canişinin ki onun itaəti bizə vacibdir Əli ibn Musa-Rza (ə.s)-dan və o mələklər ki bu bərəkətli torpağın keşikçilərindədirlər, icazə istəyirəm. Ey RəsulAllah daxil olummu? Ey Allahın höccəti, daxil olummu? Ey bu mübarək Məşhəddə sakin olan, Allaha yaxın olan mələklər, daxil olummu? Ey mövlam, mənə daxil olmaq icazəsin versən, o icazə ki ən yaxın dostlarına mərhəmət etmisiz, əgər mən o icazəyə layiq olmasam, siz mərhəmət sahibisiniz.

Allah bütün istəyənlərə bu ziyarəti qismət etsin. Amin!

 

11 may 2013
GO BACK