Qadin.NET / Hacət və istixarə namazları

Hacət və istixarə namazları

Hacət və istixarə namazları

2/Bəqərə-153: Ey iman edənlər! Səbir və namazla istianə (xüsusi kömək) istəyin. Şübhəsiz ki Allah, səbir edənlərlə bərabərdir.

Bu namaz əsasən cümə axşamından cüməyə (həftənin 4-cü günündən  5-ci gününə) keçən gecə və özəl bayram gecələrində qılınan hacət namazıdır (Hacət- ehtiyac, lüzum deməkdir). Ehtiyac olarsa hər vaxt da qılına bilər. Bu namazla Allahdan həm dünya işləri üçün, həm də Allaha təslim olmaq üçün (İslam- təslim olmaq deməkdir) yardım istəyə bilərik: "Allahım, mənim sənə təslim olmama yardım edəcək vəsiləmi göndər mənə!"-  desək daha gözəl olar.Çünki Quranda Allah bizə bunu əmr edir: 

5/Maidə-35 : Ey möminlər, Allaha qarşı təqva sahibi olun və Ona çatdıracaq vəsiləni istəyin. Və Onun yolunda cihad edin. Ümid edilər ki beləcə siz fəlaha çatarsınız.

Hacət və istixarə namazları

Bu namaz üçün Hacət namazı niyyəti ilə qüsul alınır, yayda gecə saat 1-dən sonra, qışda 12-dən sonra qılınır.

Hacət namazı

Hacət namazı: 4 rükətdir
1-ci rükət: Fatihə surəsi, 3 ayətəl-kürsi.
2-ci rükət: Fatihə, İxlas surəsi, Fələq surəsi, Nas surəsi .

Oturuşda: "Təşəhhüd"

3-cü rükət: Fatihə, İxlas surəsi, Fələq və Nas surəsi
4-cü rükət: Fatihə, İxlas, Fələq , Nas surəsi.

Təşəhhüd və salamlarla namaz bitir... 

Qeyd: Surələri əzbər bilməyənlər kitabdan da oxuya bilərlər, bütün dini dükanlarda ucuz qiymətə var.

Sonra ayağa durmamış 3 ayətəl-kürsi oxunur. Heç kimlə danışmadan və dünya işəri ilə məşğul olmadan yatağımıza üzümüz qibləyə baxacaq şəkildə sağ tərəf üstə uzanırıq, 3 dəfə yenə ayətəl-kürsi oxuyuruq və qəlbimizdə ürəyimizin vurğusuna uyğun olaraq  "Allah, Allah..." deyərək yuxuya gedirik. Yuxuda Allah istərsə bizə yardım edəcək nələrsə göstərə bilər, görməsək belə bu namazı qılmağımız özü köməkdir. 

İstixarə namazı

ALLAHdan hər hansı mövzuda "hə"  və ya "yox"  cavabını almaq istəyəndə qılınır. Yuxu görülən rəngə əsasən yozulur: qırmızı və qara rəng  mənfi, yaşıl və ağ rəng isə müsbət kimi  yozulur.
İstixarə namazı 2 rükətdir. Sübh namazı kimi qılınır, sadəcə 1-ci rükətdə Fatihədən sonra Kafirun surəsi oxunur. Namaz öncəsi və namaz sonrası əməllər Hacət namazındakı kimidir.

Hacət və istixarə namazları   

ALLAH qəbul etsin inşALLAH.

23 aprel 2013
GO BACK