Çarə
“Doğru olun”! ,deyir Rəbbimiz,
Yalan bilməsin dilin,
Hər işində dürüst ol!
Bunlardır özü dinin.
Çalış, çoxalt və qazan,
Olsun millətə faydan,
Tənbəllik və miskinlik,
Bil ki, böyük çirkinlik.
İnsanlara kömək et,
Budur ən gözəl xeyir,
Yoxsul,yetim qocaya,
Köməyə vaxtı ayır.
Et əlindən gələni,
Sonra Allaha güvən,
Səbr et, çalış və dirən,
Budur sənin tək çarən.
Yazan:Şəbnəm Gün