Bu insanların duası həyata keçir.
Allah bir qövmə xeyir murat etdiyində, onlara qonaq hədiyyə edir. Qonaq, ruzi ilə gəlir və ruzisi ilə gedər. Allah Təala da o ev xalqına bağışlayar.
1.Çətin vəziyyətdə olan insanın duası tez qəbul olur.
2.Məzlumun,qonağın, bir də atanın övladına etdiyi dua qəbuldur.
3.Ədalətli insanın duası tez qəbuldur.
4.Saleh 1 insanın duası tez qəbuldur.
5.Yaxşı övladın ata-anasına etdiyi dua qəbuldur.
6.Oruclu insanın duası qəbuldur.
7.Bir müsəlmanın başqasına etdiyi dua qəbuldur.
8.Tövbə edənin duası qəbuldur (bir daha günah işləməsə).
9.Gecə oyanan insanın duası qəbuldur 1-ci Allaha dua etməsi lazımdır. Dəstamaz alıb 2 rükət namaz qılıb Alladan nə istəsə həyata keçər.
10.Azan oxunarkən kişi əlini açıb dua edərsə qəbuldur.
11.Molla minbərdə ikən duası qəbul edilən dualardandır.
12.Duaya Ya-zül-cəlali vəl ikram deyərsə duası qəbul olar.
13.Ya-Ərhəmə-rahiminm (mənası). "Ey mərhəmət edənlərin ən mərhəmətlisi" deyərsə 1 mələk onun duasına "amin" deyər. Əgər bu duanı 3 dəfə deyərsə Mələk deyər ki, "duan qəbuldur nə istəyirsən istə" .
14.Müsəlman bir kişinin gizlində etdiyi dua qəbuldur.
15.Dua edərkən Ya Vehhab ismini 7 dəfə zikr etsə duası qəbul olar inşAllah.
16.Toy günü 2 rükət namaz qılmaq yaxşıdır.
17.Quran xətm edərkən edilən dua qəbuldur.
18.Zəm-zəm suyu içərkən edilən dua qəbuldur.
19.Namazda Fatihadan sonra "amin" deyiləndə dua qəbuldur.
20.Bir insan ölərkən onun gözünü bağlayanda dua etmək lazımdır.
21.Arafat günü edilən dua qəbuldur.
22.Kim Allaha and içib ona əməl etməsə günahdır. Buna görə tövbə etmək lazımdır. Sonra 5-10 nəfərə pul vemək lazımdır. Əgər imkanın yoxdursa 3 gün ardıcıl oruc tut.
23.Bu duanı edənin duası qəbuldur.
La ilahə illallahu vəhdəhu lə şərikə ləh.
Ləhul mülkü və ləhül həmdu və huvə əla kullə şəyin qədir.
La ilahə illallah.
La həvlə vəla qüvvətə illa billah.
Allah cümləmizin duaların qəbul etsin amin