Qadin.NET / Bir kasa bal

Bir kasa bal

 

Bir kasa bal

"Artıq sənə əmr olunanı açıqla!" ayət-i kəliməsindən sonra Rasulullah (s.a.s.) insanları İslam dininə dəvət etməyə başlamışdı. Bu dəvətə ilk təltifdə bulunanlar, imanın nuruyla könlü aydınlaşmış olardı. Cəmiyyətdə göz önündə olmayan qəribələr, kimsəsizlərdi.
Məkkədə doğulub qiyamətə qədər dünyanı aydınladacaq olan İslam dini üçün hər iman edənin əziyyət və iztirabı da sevgisinə, məhəbbətinə görəydi. Könlündə olan iman məhəbbətinin böyüklüyü səbəbiylə bir çox ağrılara, iztirablara məruz qalan və buna baxmayaraq baş qoyduğu yolda əzm və qeyrətlə irəliləyən könül sultanlarından biri də Uzeylədir (r.a.).
O, bir çox işgəncələrə qatlanaraq, Rasulullahın yanına gəlir, söhbətlərində iştirak edir və onu dərin bir həyəcan və söhbətlə dinləyirdi.
Uzeylənin ən böyük zövqü Peyğəmbərdən (s.a.s.) öyrəndiklərini başqalarına öyrətmək idi. Hələ müsəlman olmamış, lakin İslamiyyətə yaxınlıq duyan qadınları tapır, Allahın buyruqlarını onlara izah edir və bir çoxlarının müsəlman olmasına vəsilə olurdu.
Zamanla müsəlmanların sayı getdikcə artmış, lakin edilən işgəncələr də dözülməz bir hala gəlmişdi. Bu mərhələdə Peyğəmbər (s.a.s.) Allahın izni ilə müsəlmanlara Mədinə yollarını göstərdi.
Artıq müsəlmanlar geridə yurdlarını, yaxınlarını buraxaraq müsəlman kimi yaşamaq üçün bir-iki qruplar halında Mədinəyə getməyə başladılar. Hicrət edənlər arasında Uzeylənin yoldaşı da da vardı. Hələlik Uzeyləni özü ilə apara bilməsə də, ilk fürsətdə onu da yanına aparacaqdı.
Məkkə haradasa boşalmışdı. Uzeylə özünü tək hiss edir, bu səbəbdən bütün gücüylə İslam dinini yaymağa sərf edirdi. Nəhayət, bir gün Rəsulullah (s.a.s.) də Cənab-ı Haqqın izni ilə hicrət edincə Uzeylə Məkkədə tamamilə yalnız qaldı. O bilirdi ki, könül Allah ilə bərabər  olunca təkliyin bir önəmi yoxdu. Bütün gücünü artıq İslamı yaymaq uğruna xərcləməli idi. Çünki hər müsəlmanın vəzifəsi bu olmalıydı.
Uzeylənin ərinin qohumları arasında müsəlman olmayanlar da vardı. Bunlar bir gün Uzeylənin evinə basqın edib, "Sən də yoldaşın kimi müsəlman olmusan. Elə isə bunun hesabını soruşacağıq" - deyərək Uzeyləni tutdular. Əvvəl qaçmasın deyə bağladılar, daha sonra da həbs etdilər. Sabahısı gün önünə bir qab bal qoyub hamısını yeməsini söylədilər. Onların bu hərəkətini görən Uzeylə: "Mənə bal təqdim etdiklərinə görə yəqin işgəncə etməyəcəklər." düşüncəsi ilə balı yeməyə başladı.
Ancaq yedikcə içindəki hərarət artmış, susuzluğu çoxalmışdı. Dözə bilmədi, bir az sonra su istədi. Ancaq qohumları su verməyəcəklərini, balı susuz bitirəcəyini söyləyərək onu məcbur etdilər. Bal içini bir xeyli yandırmış, içindəki hərarət çoxalmışdı. Bir müddət sonra gün yavaş-yavaş işıltılarını ətrafa yaymağa başlamış, günəş bütün istiliyini göstərmişdi.
Uzeylə azğın bir dəvəyə mindirilib, çölə doğru sürüldü. Azğın dəvə bir o yana bir bu yana hücum edir, Uzeyləyə rahatlıq vermirdi. Vahədəki son xurma ağacları da geridə qalmışdı. Qarşıda ucsuz-bucaqsız yandırıcı bir çöl vardı.
Yol gedincə çöl boyunca kimsəsiz müsəlmanlara işgəncə edən zalımlarla rastlaşırdılar. Müşriklər onları qızğın qumlar üstündə sürükləyir, qarınlarına böyük daşlar qoyur, bu da azmış kimi çılpaq bədənlərini odla dağlayırdılar.
Uzeylə qardaşlarına edilən bu işgəncələr qarşısında öz əziyyətini unutmuş dua ilə: "Allahım, halımızı Sənə necə ifadə edək. Sən ki, bizi bizdən daha yaxşı tanıyarsan! Üzərimizə səbr yağdır. Sənə olan imanımıza güc ver. Qardaşlarıma kömək et!" - deyirdi.
Bir müddət daha yol  getdikdən sonra bir qum təpəsinin yanında dayandılar. Uzeylə dəvədən endirilmiş, bir payaya bağlanmışdı. Hətta ayağındakı ayaqqabılarını da çıxardıb onu qızğın qumlar üzərinə çılpaq ayaqla buraxdılar. Yerə oturması qadağan idi, ancaq ayaq üstdə dayanacaqdı.
Çöl o qədər isti idi ki, qızğın günəş hər yeri yandırıb qovurur, sanki insanın beynini qaynadırdı.
Zorla yedirdikləri bal Uzeylənin ciyərini yandırmağa başlamışdı. "Nə olar bir qurtum su!" - deyə səsləndi.

Qohumları onun bu halından istifadə edərək: "Muhəmmədin dinini inkar et, sənə istədiyin qədər su verək" - dedilər.

Amma boş yerə… Çünki iman onun qəlbinə elə yerləşmişdi ki, susuzluqdan ölsə belə bunun bir önəmi yox idi. Necə olsa bir gün öləcəkdi, bu da İslam üçün, Allah üçün olmalıydı. Birdən canlandı, onlara xitab olaraq dedi:
- Sizi eşitməyən, etdiklərinizi görməyən, özünə belə faydası olmayan daşlara necə tapınırsınız? Gəlin hər şeyi yaradan, yaratdığı hər şeyi eşidən Rəbbə sığının. O Rəbb ki, qəlblərdə gizlənənləri belə bilir.
Bu sözlərlə ilk öncə çaşqına döndülər, amma daha sonra qəhqəhə ilə gülərək: "Elə isə yalvar, Tanrın səsini duysun; gəlib səni əlimizdən qurtarsın" - deyə lağ etdilər.
Uzeylə əllərini dua üçün qaldırıb, "Ya Rəbbi" deyə yalvarmağa başladı: "Allahım! Məni bu imansızlara qarşı utandırma. Bilirəm, darda qalan quluna yardım edər, Səndən istəyənin əlini boş çevirməzsən. Mənə də kömək et. Allahım, bu adamların ürəyini yumşat, onlara da doğru yolu göstər."
Artıq dili-damağı tamamilə qurumuşdu. Gözlərindən yaşlar axır, daha kirpiklərindən ayrılmadan quruyurdu. Getdikcə gözləri də qaralmağa başladı. O, su deyə səslənir, onlar isə Uzeylənin qarşısına keçib, ona baxa-baxa su içir, "Muhəmmədə söy, sənə də verək" - deyirdilər. Uzeylə bu qorxunc təklifi hər dəfəsində rədd edirdi, "Əsla, əsla!" - deyə qışqıraraq:
"O, Allahın sevgilisi, kainatın əfəndisi, Onsuz həyatın nə mənası var, canım Ona fəda olsun!" - deyirdi.
İkinci gün səhər yenə bal gətirdilər. Uzeylə artıq onların niyyətlərini bilirdi. Ona əlini belə vurmadı.
"Balı ye!" - deyə məcbur etdilər, yemədiyini görüncə də zorla ağızına axıtdılar. Sonra da onu bir ağaca bağlayıb, günəşin qarşısına qoydular.
Çöl hər zamanki kimi isti idi. Sanki günəş işığı milyonlarla ox olub, ona batırdı. Xeyli bir zaman belə gözlədi, sonra "gözlərim" deyə inildəməyə  başladı. Gözlərini açmağa çalışdı, amma aça bilmədi. Bir daha sınadı; sonra heç bir şey görə bilmədiyini fərq etdi. "Gözlərim kor oldu" - deyə qışqırdı; amma səsi quruyan boğazından bir pıçıltı kimi çıxır, heç bir şey aydın olmurdu.
Uzeylə yaxşıca zəiflədi. Üçüncü günün işgəncəsi başladığında sanki bitib tükənmişdi, ayaqda dayanacaq gücü qalmamışdı. Ciyərlərindəki yanğın dözülməz bir hal alınca İslam düşmənləri ona: "Haydı dinindən dön, sənə hər istədiyini verək" - dedilər.
Bu təklifi də rədd etdi. Amma artıq səsi çıxmır, yalnız dodaqları tərpənirdi. Görməyən gözlərini səmaya tikmiş şəhadət barmağıyla: "Allah birdir, Allah birdir!" - deyə işarə edirdi. Sonunda qulaqları da eşitməz oldu. Deyilənləri artıq eşitmirdi.
Çöl günəşi qorxunc bir hal almağa başlayınca müşriklər onu o halda buraxıb, özlərini çadırın kölgəsinə atdılar.
Uzeylə bütün taqəti kəsilmiş bir şəkildə eləcə yatırdı. Az qala huşunu itirib, şüurunu da itirmək üzrəykən sinəsinin üzərində bir soyuqluq hiss etdi. Əliylə yoxladı, bu buz kimi bir vedrə su idi. Quruyan dodaqlarını vedrəyə yaxınlaşdırıb, ancaq bir qurtum içə bildi. Sanki biri vedrəni çəkib almışdı, səmaya asılmış kimi dayanırdı. Ayağa qalxdı, birdən gözlərinin açıldığının fərqinə vardı. Bəli artıq görürdü. "Allahım, mənə kömək edəcəyini bilirdim. Sənə bütün qəlbimlə inanıram" - deyə pıçıldadı. Uzeylə əllərini vedrəyə uzadıb, bu dəfə yanğı ilə su içməyə başladı. Bir tərəfdən uşaqlar kimi sevinir, bir tərəfdən də Rəbbinə dua edirdi.

Buz kimi su ürəyini sərinlətmiş, könülünü fərahlatmışdı. Qalan suyu başından aşağı boşaltdı.
Çadırda yatanlar, Uzeylənin səsini eşidincə nə olduğunu anlamaq üçün qaçdılar. Susuzluqdan səsi, nəfəsi kəsilən, gözləri kor, qulaqları eşitməz olan Uzeylə, görəsən necə və nə üçün qışqırırdı?
Uzeyləni görüncə donub qaldılar. Sanki qarşılarındakı Uzeylə deyildi. Üzərində heç görmədikləri bir gözəllik vardı. O, tərtəmiz parlayan gözləriylə müşriklərə tərəf qışqırdı:
- Gəlin Rəbbimin nələr etdiyini görün.
Uzeylənin yanına gəlincə üzündəki su damlalarını, paltarındakı yaşlığı fərq edərək özlərini yığışdırdılar və dedilər:
- Bağını açıb suyumuzu içmisən, bizi aldada bilməzsən!
Uzeylə onların qəflət içindəki hallarına acı-acı gülümsəyərək, əllərini önə doğru uzatdı və dedi:
- Baxın əllərim hələ bağlıdır, su qablarınızın qapağı belə açılmadı.
Həyatları sanki bir qum fırtınası kimi keçən müşriklər bu möcüzəvi hadisə qarşısında donub qalmışlardı. Bir an fırtına dindi. Sonsuzluğu görməyi maneə törədən qumlar dağıldı. Necə ki, bir qum fırtınasının ardından torpaqların yerləri dəyişər, ora tamam ayrı bir məkan halına gəlirsə, bu an onlar da bu könül fırtınasının dayanmasıyla ürəklərinin dəyişdiyini hiss etdilər. Artıq heç bir şeyi köhnəsi kimi görmürdülər. Hidayət dedikləri belə bir şey olmalı idi.
Belə bir çöldə Uzeylənin bir anda itməsindən qorxan bu nəsiblilər bir anda vəcdə gələrək: "Ey Uzeylə, məgər biz necə bir haldaymışıq ki, səni, nurani həqiqətlərini görə bilməmişik. Ey yalnız bir olana itaət edən bənzərsiz qul, indi bizi bağışlasan, biz də bəlkə nəsiblilərdən olarıq. Əgər bizə acımazsan hər birimiz bu könül hərarətindən məhv olub gedərik. Nə olar bizi bu dünya çölünün aslanlarına yem etmə və könül mənbəsindən bir daş iman suyu bizə də təqdim et."
Uzeylənin gözlərindən iki damla yaş süzüldü. O damla ki, çölə düşsə oradan güllər bitirər, atəşə düşsə oranı gül bağçasına çevirərdi. Çünki onun könül toxuması təslimiyyət idi və o mərhəmətlə onlara yönələrək "bir olan"ın bütün kainatda necə hiss edildiyini öyrədərcəsinə kəlimeyi-şəhadəti təlqin etdi.
"Əşhədu əlla ilahə illəllah. Əşhədu ənnə Muhəmmədən rəsulullah. Əşhədu ənnə əmirəl-mumininə Əliyyən vəliyyullah".
Və bütün məxluqat şahid idi artıq bu imana. Onun iman səadətinin necə könüllərə əks etdiyini artıq hər şey bilirdi. Çünki günəş palçıqla suvanmazdı. İman günəşini buludlar örtsə də o işıldamadan, işıqlandırmadan dayana bilməzdi.
Və onunla işıqlananlar da çöldən xilas olmuşlar idi. Və onlara sevinc verəcək, könüllərini söhbət-i Məhəmmədi ilə dolmasını təmin edəcək bir müjdə ilə Uzeylə: "Mədinəyə hicrət!" - dedi.
Bunu deməsiylə bir gül qoxusu yayılmışdı iqlimlərinə və imanla tanış olan könüllər bir anda bir məhəbbət yanğınıyla alovlanmağa başlamışdı. Və yenidən doğulmaq üçün, könüllərini təcdid üçün, ürəklərindəki Yesribi Mədinə eyləmək üçün artıq onlar da düşmüşdü yola. Küfrdən imana hicrət bu an baxın belə bir şey idi…

19 mart 2013
GO BACK