Qadin.NET / Qəlbdə olan ağaclar

Qəlbdə olan ağaclar

İbn Qeyyim(rahimahullahu ve təala):

İl ağacdır,aylar qolları,günlər budaqları,saatlar yarpaqları və arzu istəyidə meyvələridir.hər kimin arzu və istəyi itaət xüsusunda olarsa ,ağacının meyvəsidə xoş və dadlı olur.kimində arzu istəyi isyan xüsusunda olarsa,onunda meyvəsi acı olar.

Meyvələrin qoparılma zamanı isə dirildilmə günüdür.Meyvələrin qoparilacağı gün meyvənin dadlısı və acısı bəlli olacaq.

İxlas və tövhid qəlbdə olan bir ağacdır və budaqlarıda əməllərdir.Meyvəsidə dünyada xoş olaraq və axirətdə də nemətlər icində yaşamasıdır.Belə ki,cənnətin meyvələri heç vaxt əksilməz və yox olmaz.Dünyadakı tövhid və ixlas meyvələridə belədir.

Şirk,yalan və riya da qəlbdə bulunan bir ağacdır.Dünyada bu ağacın meyvəsi dərd,kədər,ürək sıxıntısı və qəlbin qaralmasıdır.Axirətdə bu ağacın meyvəsi zəqqum və əzabdır.


 

21 oktyabr 2010
GO BACK