- Onu mənə ver, evə qədər aparım.
Qabı qadından alıb gedə-gedə onun kef-əhvalını soruşdu.
- Əmir-əl möminin ərimi sərhədlərin birinə göndərmiş, o isə döyüşlərin birində öldürülmüşdür. Ərimdən neçə yetim uşaq qalıb, indi nə yeyəcək bir şeyləri var, nə də paltarları. Onların ruzi və ehtiyaclarını təmin etmək üçün işləmək məcburiyyətindəyəm.
Əli Həzrətləri su qabını dul qadının evinə aparıb, özü qayıtdı. O gecəni narahatçılıq və iztirab içində keçirdi. Səhər tezdən yemək dolu bir səbəti çiyninə alıb, o dul qadının evinə getdi:
- Qapını aç, uşaqlara yemək gətirmişəm.
Qadın dedi:
- Allah səndən razı olsun. Allah özü mənimlə Əli arasında hökm versin.
Əli (r.a.) evə daxil olub uşaqların anasına dedi:
- Ya sən əti və çörəyi bişir, mən uşaqları saxlayım, ya da ki, mən çörək bişirim, sən uşaqları saxla və onlardan muğayat ol.
Qadın cavab verdi:
- Mən çörək bişirməyə sizdən daha yaxşı bələdəm. Siz uşaqları saxlayın.
Əli (r.a.) yetim uşaqların başını qatıb, ətləri də bişirdi. Yemək ilə çörək hazır olandan sonra Əli öz mübarək əlləri ilə yetim uşaqların ağzına çorək, xurma və ət qoydu. Sonra belə buyurdu:
-Yeyin, ey gözlərimin işıqları, yeyin və Əlidən razı olun.
Qonşu qadınlardan bir nəfər onu tanıyıb, dul qadına dedi:
- Bu şəxs Əmir-əl möminindir.
Qadın Əlinin (r.a.) yanına gəlib dedi:
- Ey Əmir-əl möminin, mən sənin yanında xəcalətliyəm.
Əli (r.a.) buyurdu:
- Bəlkə mən səndən xəcalətliyəm ki, indiyə qədər sizin vəziyyətinizdən xəbərsiz qalmışam.