Onun tutqun çöhrəsinə yorğunluq və yuxuzuzluqdan əzab çəkən saralmış üzünə baxanda çox həyəcan keçirdiyini gördüm. Öz dərdini deməyə, içindəki ağrıları bölüşdürməyə bir kimsəni axtarırdı.Onu belə görəndə:
-Sevimli tələbəm mən sənin müəlliminəm .Dərd çəkdiyin üzündən oxunur gəl dərdləri bölüşdürək qoy sənin dərdinə əlac tapım .İnan mənə səni sevən, sənə tərbiyə verən, səni başa düşən bacın, sənə ürəyini verən ananam.Səni incidən məni incidir.Haydi cürətli ol daniş mənimlə sənə qurban olum.O bir qədər duruxdu mənə baxdı gözlərindən iki damla yaş axdı bunu dedi:
-Müəllimə mənim düşdüyüm ağır vəziyyət başqa vəziyyətlərdən fərqlidi. Onlar hansılardı...Həyam mənə onlar barədə danışmağa imkan vermir.Dedim ürəyini aç sevimli qızım qorxma sözlərin dibsiz bir quyuda olacaq. O, bunları danışdı : Cavan bir oğlan mənə zəng vurdu mənimlə mehriban danışdı, məndə onunla xoş danışdım.Hər gün danışırdıq. Bunlar sonra məhəbbətə çevrildi .Bütün gecəni telefonla danışırdıq. Dünən o mənimlə görüşməyi tələb etdi.Gəl görüşək ki,bir –birimizi nişana qədər görək. Bəlkə bir-birimizdən xoşumuz gəlmədi əks təqdirdə elə bil aramızda heç nə olmayıb.
O təklikdə görüşməyi tələb edir mən isə razı olmurdum.Bu andan dərin bir həyacan sonsuz bir əzab- əziyət içindəyəm .Kiminsə bizi bir yerdə görəcəyindən, çixacaq söz-söhbətdən qorxuram.Əgər razı olmasam lentə yazdırdığı telefon danışığını hər kəsə dinlədəcəyini deyir.O ac qurdun zəka və hiyləgərliyinə heyrət etdim.İncəqəlbli bir quzu balanı eşq barədə həqiqətdən uzaq yalanla dolu şirin sözlərlə ovsunlayıb parçalamaq istəyir.Elə bil qəflət yuxusundan ayıldım: Sən qorxma bu çox asan işdir heç bir çətinliyi yoxdur.Bu necə ola bilər .Bu qəbildən hadisələr çox olur.Qızım allahın nəzarəti altında olmayan allahın,şəriətinə uyğun gəlməyən, allahın halal bildiyini pozan nə varsa hamısı haramdı.Ona yol verən kəsin taleyi o dünyada qorxu altındadı.Quzunun ən böyük qorxusu qurdun onu parçalamasıdı.Gənc qızın kişidən qorxusu həyatının puç olmasi deyil bundanda daha böyuk olan ismətinin, namus və şərəfinin itməsidir.Bütün bunların bir kişi kölgəsiylə əvəz edilməsidir.Ən böyuk qorxu kişinin bakirə qızın cənnətini puç edib onu cəhəhhəmlə əvəz etməsidir, onun ağlını əlindən alıb ağılsızlıqla əvəz etməsidir.Allah –təala mömünə analara müraciət edib buyurur: Yad kişi ilə nazla danışmıyın, yoxsa qəlbində tamah mərəzi baş qaldırar.(əi-Əhzab32)
Bir gəncdən qiz rəfiqəsi barədə soruşurlar: Sən o qıza necə baxırsan?
Vallahi mən bir dənizçiyəm .Bir sədəfi ovladım, onu açdim və mirvarisini özümə götürdüm.Sədəfi isə dənizə atdım.Yadıma İbn-Həzmin bir hədisi düşde ”Zinakar qadın hamıdan qabaq onunla zina edən kişinin gözündən düşər”Ey həyalı qızım tör- töküntülərdən uzaq ol, onunla görüşmə .Bu işi yalnız şəriət yolu ilə, etibarla, məhəbbət, paklıq və səmimiyətlə, İslamın icazə verdiyi şəriət nigahı ilə tut.İslam şəriəti nişandan qabaq oğlanın öz nişanlısını görməsinə icazə verir ki, onların arasinda ülfət yaransın.Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) demişdir:”Ona nəzər yetir ki, aranızda daha cox yaxınlıq olmasın”
Qiz sinəsini parçalayan hıçqırıqlı səsiylə göz yaşlarına qərq ola-ola sözümü kəsdi –Allaha and olsun ey hörmətli müəllimə məni dərin yuxudan, böyük qəflətdən oyatdınız və böyük bir nadanlıqdan xilas etdiniz. Vallah sizin bu sözləriniz mənə şəfa verən məlhəm oldu.Müəllimə mən qətiyyətlə əməlimdən günahımdan xilas olmaq və Rəbbimizə üz tutmaq əzmindəyəm. Bəli qızım ”Allah iman gətirmişləri müdafiə edir”. Sən rəbbinə çoxlu dua et ona bağlan ki, bu adamı zəlil edib səndən uzaqlaşdırsın.
Son duamız: Aləmlərin Rəbbi olan Allaha Həmd və Sənədır!