Hz.Peyğəmbər (s.a.s) səfərlərinin birində səhabələri ilə susuz və otsuz bir bölgədə yerləşdilər. Həzrət shəbalərinə buyurdu: Odun gətirin yandıraq.Səhabələr "Ya Rəsulullah! Bura otsuz ağacsız bir bölgədir burada odun tapılmaz!" dedilər! Hz. Peyğembər(s.a.s) buyurdu "Gedin hər kəs tapa bildiyi qədər odun yığsın gətirsin.Səhabələrdən hər biri odun yığmaq üçün bir tərəfə getdi. Onlardan hər biri yığa bildikləri qədər kol zibil yığıb gətirdilər. Yığdiqları şeyləri Rəsulullahin qarşısında üst üstə tökdülər. Beləcə yığınla odun toplanmış oldu. Bu anda Resulullah (s.a.s) belə buyurdu. "Kiçik günahlar da bu kiçik odunlar kimidir əvvəlcə gözə görünməz amma bir birinin üzərinə toplanınca böyük bir yığın olaraq qarşımıza çıxar." Sonra belə buyurdu "Ey dostlar! Kiçik günahlardan qaçının. Hərçənd kiçik günahlara çox əhəmiyyət verilmir amma bilin ki hər şeyin bir talib və güdəni var.Bu güdənlər Allah və mələkləridir. Əhəmiyyət verilməyən bu kiçik günahaların bir gün ne qədər böyük bir yığını təşkil etdiyini görəcəksiniz."