Qadin.NET / Hacət namazı

Hacət namazı

Hacət namazı - insanın istəyinin həyata keçməsi niyyəti ilə qıldığı namazdır. Qurani-Kərimdə Bəqərə surəsinin 45-ci ayəsində belə buyurulur: «Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!»
 Hədislərdə hacət namazının qılınmasının müxtəlif qaydalarına rast gəlinir. Hacət namazı, adətən, iki və ya dörd rükət şəklində qılınır. Cümə günü gecə qılınması daha məsləhətlidir. Hacət namazını qılmamışdan əvvəl qüsl almaq, səliqəli paltar geyinmək, ətir vurmaq müstəhəbdir.
 Peyğəmbərimizdə (s.a.s.) nəql olunan hədislərdən birində Hacət namazı haqqında Rasulullahın (s.a.s.) belə buyurduğu rəvayət olunur: "Sizlərdən kiminsə dünya və axirətə aid bir ehtiyacı olarsa, o insan kamil şəkildə dəstəmaz aldıqdan sonra iki rükət namaz qılsın, Allaha həmdü-səna etsin və Peyğəmbərə salavat söyləsin. Bunun ardınca belə dua etsin:

 

"La ilahə illallahu'l-halimül kərim. Subhanallahi Rabbil arşil azim. Əlhamdu lillihi rabbil-aləmin. Və Əsəlukə mucibati rəhmətikə və azaime mağfiratikə, və'l-ğanimətə min külli birrin və's-səlamətə min külli ismin la teda'li zənbən illa ğafərtəh, və la həmmən illa fərrəctəh və la hacətən hiyə ləkə ridan illa qadəytəha Ya Ərhamərrahimin".

Bu duanın tərcüməsi belədir: "Allahdan başqa məbud yoxdur. O, həlim və kərəm sahibidir. Uca ərşin sahibi olan Allah bütün nöqsanlardan uzaqdır. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ya Rəbbim! Səndən mərhəmətinin səbəblərini, əfvinin vəsilələrini, hər cür yaxşılıqdan mənə pay verməyini, hər cür günahdan məni qorumağını istəyirəm. Öhdəmdə elə bir günah saxlama ki, onu bağışlamayasan. Məni elə bir sıxıntıya salma ki, onu yüngülləşdirməyəsən. Mənə elə bir ehtiyac vermə ki, Sənin razılığına uyğun olmasın və onu yerinə yetirməyəsən. Ey mərhəmətlilərin ən mərhəmətlisi!"

Bu duadan sonra dünya və axirətə aid arzular Allahdan istənilir.


Allah cümləmizin dini və dünyəvi hacətini qəbul etsin. Amin.

12 fevral 2013
GO BACK