Qadin.NET / İnsanın məsuliyyəti

İnsanın məsuliyyəti

İnsanın məsuliyyəti

         Məlum olduğu kimi, insan kainatdakı varlıqların ən kamili və şərəflisidir. Çünki, bu aləmdəki canlı, cansız varlıqların hamısı, insanın əmrinə və xidmətinə verilmişdir. Allah insanlar üçün göydən su endirdiyini; əkinləri, zeytunları, xurmaları, üzümləri və müxtəlif meyvələri, eyni su ilə sulayıb yetişdirdiyini; gecəni, gündüzü, günəşi, ayı, ulduzları, yer üzündə yaratdığı müxtəlif rəng və formalardakı əşyaları, faydalanmaları üçün heyvanları onlara ram etdiyini, təzə balıq əti yemələri və bəzək əşyalarını çıxarmaları üçün dənizlərin, suları yararaq üzən gəmilərin onların xidmətində olduğunu Qurani-Kərimdə açıqlamaqdadır. Bu baxımdan insan, Rəbbini tanımaq və Ona ibadət etmək üçün olduğu kimi, bu dünyanı abad və islah etmək üçün də yaradılmışdır.

Щ€ЩЋЩ„ЩЋЩ‚ЩЋШЇЩ’ ЩѓЩЋШ±ЩЋЩ‘Щ…Щ’Щ†ЩЋШ§ ШЁЩЋЩ†ЩђЩЉ ШўШЇЩЋЩ…ЩЋ Щ€ЩЋШ­ЩЋЩ…ЩЋЩ„Щ’Щ†ЩЋШ§Щ‡ЩЏЩ… ЩЃЩђЩЉЩ’ Щ‹Ш§Щ„Щ’ШЁЩЋШ±Щ‘Щ€ЩЋШ§Щ„Щ’ШЁЩЋШ­Щ’Ш± Щ€ЩЋШ±ЩЋШІЩЋЩ‚Щ’Щ†ЩЋШ§Щ‡ЩЏЩ… Щ…ЩђЩ‘Щ†ЩЋ Ш§Щ„Ш·ЩЋЩ‘ЩЉЩђЩ‘ШЁЩЋШ§ШЄЩђ Щ€ЩЋЩЃЩЋШ¶ЩЋЩ‘Щ„Щ’Щ†ЩЋШ§Щ‡ЩЏЩ…Щ’ Ш№ЩЋЩ„ЩЋЩ‰ ЩѓЩЋШ«ЩђЩЉШ±ЩЌ Щ…ЩђЩ‘Щ…ЩЋЩ‘Щ†Щ’ Ш®ЩЋЩ„ЩЋЩ‚Щ’Щ†ЩЋШ§ ШЄЩЋЩЃЩ’Ш¶ЩђЩЉЩ„Ш§  

“Biz Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik mənasındakı ayə bu həqiqəti ifadə etməkdədir. Bu səbəblə Allah-Təala insana hər cür gözəl xüsusiyyətlər, yanında onu digər varlıqlara üstün edən və insan edən, ağıl, ruh, iradə və ixtiyar kimi mənəvi dəyərlər vermişdir. O, ağılı, iradə və seçmə gücü, vicdan, oxuma, anlama kimi digər varlıqlardan ayrılan bir çox xüsusiyyət verilmiş və bu səbəblə heç bir varlığın boynuna götürmədiyi "əmanəti" boynuna götürmüşdür:

ШҐЩђЩ†ЩЋЩ‘Ш§ Ш№ЩЋШ±ЩЋШ¶Щ’Щ†ЩЋШ§ Ш§Щ„Щ’ШЈЩЋЩ…ЩЋШ§Щ†ЩЋШ©ЩЋ Ш№ЩЋЩ„ЩЋЩ‰ Ш§Щ„ШіЩЋЩ‘Щ…ЩЋШ§Щ€ЩЋШ§ШЄЩђ Щ€ЩЋШ§Щ„Щ’ШЈЩЋШ±Щ’Ш¶Щђ Щ€ЩЋШ§Щ„Щ’Ш¬ЩђШЁЩЋШ§Щ„Щђ ЩЃЩЋШЈЩЋШЁЩЋЩЉЩ’Щ†ЩЋ ШЈЩЋЩ† ЩЉЩЋШ­Щ’Щ…ЩђЩ„Щ’Щ†ЩЋЩ‡ЩЋШ§ Щ€ЩЋШЈЩЋШґЩ’ЩЃЩЋЩ‚Щ’Щ†ЩЋ Щ…ЩђЩ†Щ’Щ‡ЩЋШ§ Щ€ЩЋШ­ЩЋЩ…ЩЋЩ„ЩЋЩ‡ЩЋШ§ Ш§Щ„Щ’ШҐЩђЩ†ШіЩЋШ§Щ†ЩЏ ШҐЩђЩ†ЩЋЩ‘Щ‡ЩЏ ЩѓЩЋШ§Щ†ЩЋ ШёЩЋЩ„ЩЏЩ€Щ…Щ‹Ш§ Ш¬ЩЋЩ‡ЩЏЩ€Щ„Щ‹Ш§ 

        "Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)".

Ayədə insanın boynuna götürdüyü “əmanət” ibadətlərlə mükəlləf olması mənasını daşıyır. İnsanın yaradılış məqsədi də Allaha ibadət etməkdir. İnsan boynuna götürdüyü bu əmanətə riayət edər və yaradılış məqsədi olan qulluq vəzifəsini yerinə yetirsə, üstün mərtəbəsini qoruyar, boynuna götürdüyü məsuliyyətin vacibliyini yerinə yetirə bilməzsə, Allah qatındakı etibarını itirmış olar. Ayənin son cümləsi bu xüsusa işarə etməkdədir.

İnsan həyatı və ölümü ilə imtahan halındadır. Çünki insan öz iradə və istəyi ilə yaxşı və ya pis bir işi etməyə qərar vermiş və o qərarını tətbiq etməyə başlamış olmaqla, həmin işin məsuliyyətini daşıyır. Bəli, insanlar sahib olduqları bu iradə və ixtiyarları seçmə bacarıqlarına sahib olduqları üçün mükəlləf və etdikləri işlərdən məsuldurlar. Bu təklif əsasına görə yaxşı işin sahibi savaba layiq olar və pis işin sahibi isə cəzaya. Əks halda isə insanlar mükəlləf olduqları vəzifələrdən və etdikləri işlərdən məsul olmazlar. Təklif və məsuliyyət, savab və ikab (cəza) əsaslarını qəbul etməmək isə, bütün ilahi dinlərin əsas və məqsədinə ziddir.

Digər tərəfdən, əgər insanlar etdikləri hər işi məcburi və zəruri olaraq edər deyə düşünsə, cəbr (məcbur etmə) lazım gəlir və insan iradəsi inkar edilmiş olar. Yəni insanların etdikləri heç bir işdə iradə və ixtiyarları olmaz, buna baxmayaraq, o işlərdən məsul tutulmuş olarlar ki, bu ilahi ədalətə zidd olar. Bu nəticə isə batildir. Yəni insan hər əməlinə görə məsuliyyət daşıyır.

Məsuliyyətimizi dərk edərək, əməllərimizi sağlam düşüncə və saf duyğularla yerinə yetirib Cənnətdə görüşmək ümidi ilə... 

İnsanın məsuliyyəti
11 fevral 2013
GO BACK