Səbirin lüğət mənası dayanmaq, gözləmək, dözüm etməkdir. Xalqa görə səbir acizlik içində boynu bükük gözləmək, bir təşəbbüsdə olmamaq mənasında başa düşülür. Görəsən həqiqətən səbir budurmu?
Səbir, adamın özünə güvənməsi, könül rahatlığı və cəsarətlə Haqqa söykənməsi, qorxmaması və fürsəti gözləməsi kimi mənalar gəlir.[1]
Səbir insana məxsusdur. Heyvanlarda isə səbir yoxdur, çünki çox nöqsandırlar. Mələklərin isə səbirə ehtiyacı yoxdur. Çünki çox kamildirlər və şəhvətlərindən əmindirlər (yoxdur). O halda heyvanlar istəklərinə və şəhvətlərinə əsirdirlər, yəni heyvanların istəkdən vəşəhvətdən başqa halları yoxdur. Mələklər isə Allah təalanın eşqi ilə qərq olmuşlar, onlar üçün bu eşqə heç bir maneə yoxdur ki, o maneəni səbirlə rədd etməyə çalışsınlar, səbir etsinlər.
İnsan, şəhvətə və nəfsə sahib bir varlıqdır. Uca Allah insanın içərisinə xeyiri və şəri işləmə qabiliyyətini və istəyini yerləşdirmişdir.[1] İnsanın içərisində daim xeyir və şərin döyüşü vardır. Əgər dini hissiyyat hevanın, yəni nəfsin arzularına müxalifətdə müqavimət göstərsə və bunda da qərarlı olsa buna səbir deyilər və nəfslə cihad deyilər.Sevinc və kədər hallarında möminin vəziyyəti daim "Allahdan gəldik, Allaha dönəcəyik " şüurunda olmaqdır. Bu şüurda olmanın qibtə edilməyə dəyər bir xüsusiyyət olduğunu hədisi- şərifdən başa düşürük:
"Möminin vəziyyəti qibtə və pərəstişə dəyər. Çünki hər halı özü üçün bir xeyir səbəbidir. Beləsi bir xüsusiyyət yalnız mömində vardır. Sevinəcək olsa şükür edər; bu onun üçün xeyir olar, başına bir bəla gələcək olsa səbir edər, bu da onun üçün xeyir olar."[1]
Bilinən bir həqiqətdir ki, insan zamanla hər şeyə öyrəşir. Bəlanın ilk anı keçdikdən sonra fəlakətin təsiri yavaş-yavaş azalır. Bu səbəblə əsl bacarıq o ağrılı anı razılaşaraq sovuşdurmaqdır.
Bu mənada Ənəs bin Malik (r.a). belə rəvayət edir:
''Allah Rəsulu (s.ə.s) övladının məzarı üstündə qışqırıb bağıraraq ağlayan bir qadının yanından keçərkən ona ''Allahdan qorx və səbir et'' buyurdu. Qadın:
''Çıx get başımdan, mənim başıma gələn iş sənin başına gəlməmişdir'' dedi. Bir az sonra bu sözü dediyi şəxsin Allah Rəsulu olduğunu öyrənindikdə onun yanına gedib üzr istədi. Peyğəmbərimiz qadına xitabən belə dedi:
''Səbir fəlakətlə qarşılaşdığın ilk anda olar.''[2]
[1] Riyazus salihin, c.1, 28 nömrəli hədis.
[2] Riyazus salihin, c.1, 32 nömrəli hədis.
[1] əş-Şəms,8-9
[1] İslam əxlaq nizamı, Seyyit Süleyman Nedvi,Altınoluk 369.