Qadin.NET / Dünya və axirətdə sıxıntını aparan 10 dua

Dünya və axirətdə sıxıntını aparan 10 dua

 

 

Dünya və axirətdə sıxıntını aparan 10 dua.


Qəlbləri nurlandıran əməllərdən biri Allahı zikr etmək və Allahı hər bir an xatırlamaqdır.  Allahı zikr etməklə bağlı bir çox Quran ayələri mövcuddur ki, bunlardan bəzilərini qeyd etmək istəyirəm:

"Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın" (əl-Bəqərə, 152)

"O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayır, göylərin və yerin yaradılması haqqında düşünürlər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!"" (əl-İmran, 191)

"O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şəninə təriflər deyib şükür et!" buyurdu (əl-İmran, 41)

"Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma" (əl-Əraf, 205)

"Rəbbinin adını zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl" (əl-Muzəmmil, 8)


Allahı zikr etməyin bir çox faydası vardır ki, bunlardan biri də zikrin qəlbdə olan sıxıntı və kədəri aparmasıdır. Sizi dünya və axirətdə sıxıntını aparacaq 10 dua ilə tanış etmək istəyirəm:

Dinim üçün mənə Allah yetər.

Mənimlə düşmənlik edənə qarşı Allah yetər.

Məni üzənə qarşı mənə Allah yetər.

Məni qəbul etməyənə qarşı mənə Allah yetər.

Mənə pislik edənə qarşı mənə Allah yetər.

Ölüm anında mənə Allah yetər.

Qəbir sorğusu anında mənə Allah yetər.

Əməllərin tərəzidə çəkilməsi anında mənə Allah yetər.

Sırat körpüsündə mənə Allah yetər.

Allah hər işimdə mənə yetər.


Dönüşümüz şübhəsiz Onadır. ALLAH cümləmizə hər zaman kömək olsun. Amin!!!!!

10 fevral 2013
GO BACK