Qadin.NET / Orucsunuz?

Orucsunuz?

Tutduğunuz orucun növünü bilirsinizmi?
Üç cür oruc tutmaq mümkündür:

1. Sadəcə mədə ilə tutulan oruc

2. Əzalarla tutulan oruc

3. Qəlb ilə tutulan oruc

    Birinci borcdan qurtarır, ikincisi savabı çoxaldır və üçüncüsü isə insanı ruhən ucaldır.

    Allaha həmd olsun ətrafımızda ildən ilə oruc tutanların sayı artır. İstər yaşlı, istərsə də gənc nəslin bu cür düşüncə tərzi inkişafda olan cəmiyyətimiz üçün müsbət bir haldır.

    Elə insanlar var ki, Allah qarşısında vacib borcunu yerinə yetirmə səadətindən məhrumdurlar. Bunlar xəstələr, səfərdə olanlar, yaşlı insanlar və s. Amma elə insanlar da var ki, heç bir səbəb olmadan imanının zəifliyindən bu səadəti yaşaya bilmirlər.

Ciddi səbəblərlə əlaqəli oruc tuta bilməyənlər sonradan qəza şəklində oruc tutmaları mümkündür. Beləki, xəstə şəfa tapdıqdan sonra, səfərdə olan səfərini başa çatdırdıqdan sonra, yaşlı və oruc tuta bilməyənlər Ramazan ayı müddətincə hər gün fidyə verməklə bir kasıbın, bir yetimin qarnını doyuzdurmaqla Allah qabağında borcunu yerinə yetirmiş olur.

    İmanı zəif olanlar isə tövbə edib imana gəlmədikləri müddətdə necədə bədbəxtdirlər, ziyandadırlar.

    Allah –Təala ehsan etdiyi bu qədər nemətlərə qarşılıq ildə bir dəfə bir ay  müddətində Onun üçün nəfsinin istəklərinə sədd çəkərək oruc tutmağı əmr etdi.Əgər biz orucu “Oruc Mənim üçündür və onun savabını da Mən verəcəyəm” (Müslim,Siyam,164) hədisini əsas alaraq Allah üçün tutsaq həm ibadətimizi etmiş olarıq, həm də orucun digər faydalarından istifadə etmiş olarıq.

    On bir ayin sultanı Müqəddəs Ramazan günlərində səbir, təmkin göstərib iradəmizlə nəfsimizə qalib gəlməyi bacarmalıyıq. On bir ayda nəinki mədəmizin, bütün əzalarımızın ağır bir iş rejimində işləmiş və bizə qulluq etmiş olduğunu bildiyimiz halda, Allahın əmr ilə əzalarımızın  fiziki rahatlığa ehtiyacı var. Orucun bizə verdiyi mənəvi rahatlıq içində bu mübarək günləri yaşayarkən heç düşünmüsünüzmü “ Necə oruc tuturuq? ” Söyləyəcəksiniz ki, “Orucu başqa cür  tutmaq necə olur ? Orucu pozan şeylərdən yeməkdən, içməkdən və digər maddi ehtyaclarımızdan, haramlardan uzaq qalmaqla... vəssalam  ” Əlbəttə doğrudur. Deyilənlərə əməl etməklə oruc tutmuş, Allah qatında borcumuzu yerinə yetirmiş oluruq. Amma bu cür oruc avam oruc sayılır. Və Avam orucda daxil olmaqla orucun 3 növü var:

1. Avam oruc: dediyimiz kimi ac qalmaqla mədə ilə tutulan orucdur.

2. Əzalarla tutulan oruc: Bu oruc bütün əzaların orucudur. Məsələn oruclu ağızı ilə əsla qiybət etməz, yalan danışmaz, ayaqları ilə haram yola getməz, əlləri ilə haram şey tutmaz və s. sadalamaqla bitməz.Yəni oruclunun günləri adi günlərdən fərqlənir.

3. Qəlb ilə tutulan oruc: Bu oruc təkcə mədə ilə deyil, əzalarla deyil, qəlblə tutulur. Qəlblərinə  Allahdan, Allah rızasından qeyri bir şey istəmirlər. Onlar yalnız Allah eşqi ilə əmr və qadağaları yerinə yetirir və hidayətə çatırlar. Axirət səadətindən başqa bir şey düşünmürlər. Var-dövlət, mal, pul onları düşündürmür.

    İndi  bizlər sizlər yəni hamımız düşünək tutduğumuz orucun növü hansıdır? Avamın orucu yoxsa əzalarla tutulan oruc, bəlkə daha yuksəyi qəlb ilə tutulan oruc?

    Çalışaq ki, orucumuz mədə ilə olmasın. Qəlbimizi dünya sevgisindən təcrid edib, axirəti düşnməyə yönələk... Avam orucla baglı hədisi xatirlamaq yerinə düşər

    İmam Qəzzali avam orucu tutan 2 qadının Hz. Peyğəmbərimizin  yanına gələrək susuzluğa dözə bilmədiklərini ,oruclarını açmaq istədiklərini bildirirlər.

__ Hz. Peyğəmbərimiz bu qadınlara “ tüpürün baxım ”dedi .Onlar tüpürdükləri zaman ağızlarından qıpqırmızı qan çıxdığını gördülər. Rəsulullah (s.a.s.) buyurdu ki, ”Sizi susadan oruc deyil. Yediyiniz müsəlman qardaşınızın ətidir.Qiybətini edərək ətini yemisiniz.Bu qanda o ətin qanıdır. Orucu sadəcə mədənizlə deyil, ağızlarınızla, dilinizlə, qəlbinizlə tutun ki, xilas olasınız ”.Bu hədisdə oruclu ikən edilən qiybətin nə qədər pis bir şey olduğunu və orucu batil etdiyini göstərir. Qiybət özü isə başqa bir xəbərin mövzusudur...

8 fevral 2013
GO BACK