Qadin.NET / Qiyamət əlamətləri

Qiyamət əlamətləri

Qiyamət əlamətləri 

Qiyamət əlamətlərindən günümüzə tam uyanlar:
(Müxtəlif adlar altında şərablar çıxacaq, halal sayılacaq.)[i. Əhməd]
(Ortalıq pozulacaq, dinə uyğun gəlmək ovucda atəş tutmaq kimi çətin olacaq.)[Hakim]

(İt bəsləmək, övlad yetişdirməkdən daha cazibədar olacaq.) [Hakim]
(Pis qadınlar, çoxalıb, zina bir cəmiyyət içində yayılsa, xalq, daha əvvəl görülməmiş [sifilis, QİÇS kimi] yoluxucu xəstəliklərə məruz qalar. Ölçüdə, çəkidə hiylə edilsə, dolanışıq darlığı baş verə.)Beyheki](Kişilər azalacaq, qadınlar çoxalacaq.)[Buxari]
(Çalğı hər yerə yayılacaq, təhlükəsizlik gücləri çoxalacaq.)[Beyheki](Anarxiya və ölüm çoxalacaq.) [İbni Macə]
(İşlər, əhli olmayana veriləcək.) [Buxari]

(Bu dinin başlanğıcı kimi, sonu da qəribə olacaq!) [Tirmizi]

(Yalnız tanışlara salam veriləcək və yazarlar çoxalacaq.) [Hakim]
(Zənginə malı üçün təzim ediləcək, fahişəlik yayılacaq,. Böyüyə hörmət, kiçiyə də mərhəmət edilməyəcək. Qurdlar, quzu postuna bürünəcək.)[Hakim]


Qiyamətin qopması ilə əlaqədar hədisi şəriflər:
(Kişi kişilə, qadın qadınla kifayətlənmədikcə, qiyamət qopmayacaq.)[Hatib]
(Lotuluq mübah sayılmadıqca qiyamət qopmayacaq.) [Deylemi]
(Zəlzələ, fitnə, qatillik artmadıqca, qiyamət qopmayacaq.) [Buxari]
(Qardaşlar fərqli dindən olmadıqca qiyamət qopmayacaq.) [Deylemi]
(Pislər dünyaya hakim olmadıqca qiyamət qopmayacaq.) [Tirmizi]
(Müsəlmanlarla Yəhudilər döyüşmədikcə qiyamət qopmayacaq.) [Müslim]
(Allaha inanan müsəlman qaldığı müddətcə qiyamət qopmayacaq.) [Müslim]


Yuxarıda bildirilən kiçik əlamətlərin çoxu çıxdı. Hələ çıxmamış olan kiçik əlamətlərdən bəziləri bunlardır:

(Adam yol kənarında qadınla birlikdə olacaq.) [Hakim]
(Danışan heyvanlar olacaq.) [Tirmizi]
(Qiyamət əlamətidir ki, kişi evdə yoxkən qadının etdiklərini ayaqqabısı xəbər verəcək.)[İ. Əhməd]


Qiyamətin böyük əlamətləri də bunlardır:
(Mehdi gələcək.) [Əbu Nuaym]
(Dəccal gələcək.) [İ. E. Şeybe]
(İsa göydən enəcək, tüstü çıxacaq, Kəbə yıxılacaq.) [Buxari]
(Dabbet-ül-arz çıxacaq) [Tirmizi]
(Yəcüc və Məcüc çıxacaq.) [İbni Cərir]
(Atəş çıxacaq, günəş qərbdən doğulacaq.) [Müslim]


Günəşin qərbdən doğulmasını, qərbilər, qərblilərin Müsəlman olması deyə şərh etmişlərsə də, bu şərhləri batildir. Çünki hədisi şərifdə buyurulur ki:
(Günəş qərbdən doğulmadıqca qiyamət qopmaz. Günəş qərbdən doğunca, insanlar onu görər və hamısı da iman edərlər. Lakin bu imanları fayda verməz.)[Buxari]

10 noyabr 2010
GO BACK