Qadin.NET / Ya Rəbbim...!

Ya Rəbbim...!

 
Ya Rəbbim....!

Üzümüzü gözəlləşdirdiyin kimi, əxlaqımızı da gözəlləşdir.

İmanımızı təzələ və bizləri Sənin yolundan ayırma. 

Ya Rəbbim...!

Halalınla bizi haramdan qoru.

Səndən başqasına möhtac etmə. 

Ya Rəbbim...!

Mənə Səni sevdirəcək və məni Sənin sevginə yaxınlaşdıracaq insanların sevgisini nəsib eylə. 

Ya Rəbbim...!

Qəhrin də xoş, lütfün də xoş deyərək Səndən gələn hər şeyə razı olmağı öyrənməyimizi nəsib eylə. 

Ya Rəbbim...!

Ən sevdiyini ən sevdiyim eylə. 

Ya Rəbbim...!

Bütün nemətlərin üçün saysız şükürlər. Mən məni buraxdığım zaman,sən məni buraxma. 

Ya Rəbbim...!

Bizi dünyada və axirətdə görünən görünməz qəza və müsibətlərdən qoru. Dünyada və axirətdə bizə yaxşılıqlar ver,yaxşı əməllər nəsib et. 

Ey aləmlərin Rəbbi...!

Sənə yalvarıram üzümü qara çıxartma.Məni Sənsiz buraxma.

12 dekabr 2010
GO BACK