Qadin.NET / Ey iman gətirənlər, Allahdan qorxun!

Ey iman gətirənlər, Allahdan qorxun!

Ey iman gətirənlər, Allahdan qorxun!

Ey insanlar, siz Ulu Tanrının yaratdıqlarında heç bir uyğunsuzluq görə bilməzsiniz! Cəhd edin, başınızı qaldırıb göyə baxın: heç səmada bir uyğunsuzluq, bir nöqsan görürsünüzmü? Sonra gözlərinizi qaldırıb iki dəfə baxın, gözləriniz axtardığını tapmayıb yenə də sizlərə qayıdacaq. Rəbbimizi inkar edənləri cəhənnəm əzabı gözləyir,ora necə də pis məkandır,necə də qorxuludur.Orada olan insanlar o zaman belə deyəcəklər: "Əgər biz Peyğəmbərin öyüdlərini qəbul etsəydik, Cəhənnəm əhli içində olmazdıq". Və beləcə, öz günahlarını etiraf edəcəklər.

Ey insanlar biz nəyi isə gizli saxlamaq, ya da açıb söyləmək istəsək də, Allah onsuz da ürəklərimizi görür. Məgər Ulu Tanrı bizlərin gizli saxladıqlarımızı bilməzmi? O,hər şeydən xəbərdardır.
Bizi yoxdan yaradan, bizə qəlb verən odur. Onun nemətlərinə şükür edək.Bizi yer üzünə səpələyən Odur,qiyamət günü Onun hüzuruna toplanacağıq.Allaha inanmayanlar,onu inkar edənlər əzabların yaxınlaşdığını görəndə üzləri qaralacaq və onlara həmişə istehza edib "İnanmadığınız əzablar budur" deyiləcək.
Ey möminlər!Məgər siz Peygəmbəri öz yurdundan qovub çıxarmaq istəyən bir tayfa ilə vuruşmayacaqsınızmı? Məgər onlardan qorxursunuz? Əgər həqiqi möminlərsinizsə, bilin ki,həqiqi qorxmalı olduğunuz məhz Allahdır!
Allaha və onun Peyğəmbərlərinə sadiq qalmaq,heç bir pisliyə meyl etməmək şərtilə acizlərə, qocalara və anadangəlmə zəiflərə, xəstələrə və cihad yolunda sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur.Allah, şübhəsiz ki, Onun yolunda vuruşan, öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda ,İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır.Allahdan daha çox əhdə vəfa edən kimdir?Etdiyniz sövdəyə görə sevinin! Bu, sizlər üçün böyük bir qurtuluşdur,uğurdur!
Həqiqətən göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur! Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!Ey iman gətirənlər, Allahdan qorxun! Və imanında,işində,sözündə doğru olanlarla olun! Ey iman gətirənlər, yaxınlığınızda olan kafirlərlə vuruşun! Qoy onlar sizdən özlərinə qarşı sərtlik görsünlər.Bilin ki,Allah müttəqilərlədir.Gəlin yeri-göyü xəlq edən Allaha inanaq,O bizim inandığımız,təvəkkül etdiyimiz Rəhmandır.Yeri-göyü  bizə ram edən,həyat bəxş edən Odur,axır dönüşümüz də Onadır!

5 fevral 2013
GO BACK