Bir gün, bir adam Peyğəmbər Əfəndimizin yanına gələrək, "Sizə dünya və axirətlə əlaqəli soruşacaq suallarım var." deyər. Bunun üzərinə Peyğəmbərimiz o kimsəyə, "Nə istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz arasında bu dialoq yaşanar:
- İnsanların ən zəngini olmaq istəyirəm. - Qənaətkar olsan insanların ən zəngini olarsan.
- İnsanların ən xeyirlisi olmaq istəyirəm. - İnsanların ən xeyirlisi, insanlara faydalı olandır. Sən də insanlara faydalı ol.
- İnsanların ən ədalətlisi olmaq istəyirəm. - Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.
- İnsanlar içində Allaha ən yaxın, Onun ən xas qullarından olmaq istəyirəm. - Allahı çox zikr edib xatırlayar və xatırlasan o zaman Allahın ən xas qulu olarsan.
- Muhsinlerden, yaxşılıq edənlərdən olmaq istəyirəm. - Allaha, ONU görür kimi ibadət et, hər nə qədər sən ONU görməsən də O səni görür.
- İmanımı kamala çatdırmaq istəyirəm. - Gözəl əxlaqlı olsan imanın kamala çatar
- İnsanların ən mərhəmətlisi olmaq istəyirəm. - Əvvəl özünə və insanlara mərhəmət et ki; Allah da sənə mərhəmət etsin.
- Qiyamət günü nur içində yatmaq istəyirəm. - Heç kimə zülm etmə, qiyamət günü nur içində yatarsan.
- Günahlarımın azalmasını istəyirəm. - İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan günahların azalar.
- İnsanların ən kərimi olmaq istəyirəm. - Allaha qullarını şikayət etməzsənsə insanların kərimi olarsan.
- Ruzimin bol olmasını istəyirəm. - Təmizliyə davam etsən ruzinin bol olar.
- Allah və Elçisi tərəfindən sevilmək istəyirəm. - O zaman Allah və Rəsulunun sevdiklərini sev, sevmədiklərini də sevmə.
- Allahın mənə qızmasından özümü qorumaq istəyirəm. - Kimsəyə qızmazsansa Allahın qəzəbindən və qızmasından xilas olarsan.
- Duamın qəbul edilməsini istəyirəm. - Haramlardan çəkinsən duaların qəbul olar.
- Allahın məni başqalarının yanında alçaq etməməsini istəyirəm. - Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
- Allahın ayıblarımı, qüsurlarımı örtməsini istəyirəm. - Qardaşlarının ayıblarını örtsən Allah da sənin ayıblarını örtər.
- Mənim günahlarımı nə silər? - Gözyaşların, huduun (hörmətlə Allaha qulluğun) və xəstəliklər
- Allah yanında hansı yaxşılıq daha fəzilətlidir? - Gözəl əxlaq, bəlalara səbir və qəzaya razılıq.
- Allah yanında ən böyük günah hansıdır? - Pis əxlaq və Allahın əmrlərinə qarşı göstərilən xəsislik
- Rəhman Allahın qəzəbini nə dindirər? - Gizlidən gizliyə sədəqə vermək və sılasnı rəhm (qohumları ziyarət və görüb güdmək).
|