Qadin.NET / Ramazan Bayramınız Mübarək

Ramazan Bayramınız Mübarək

 

Ramazan Bayramınız Mübarək


Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı artıq başa çatmaqdadır. Bu ayda müsəlmanlar Allah və din qarşısında öz vicdani borclarını daha dolğun yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
 Orucluğun sınaqlarından alnıaçıq çıxan mömin vətəndaşlarımız Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərimlə dualarınızın Tanrı dərgahında qəbul olunmasını arzu edirəm. 

Əziz bacı və qardaşlarım!
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cəmiyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol açır. Bu mübarək bayram münasibətilə hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin!
 Ramazan Bayramınız Mübarək!
9 sentyabr 2010
GO BACK