Qadin.NET / Nurlu kəlamlar-II

Nurlu kəlamlar-II

Nurlu kəlamlar

Bismillahir Rəhmanir Rəhim

 

Nurlu kəlamlar-II

 

“Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli – beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”

***

“Çoxlarının namazı əziyyət və yorğunluqdan başqa bir şey deyildir.”

***

“Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

***

“Kərim insanlar camaata yemək verməkdən ləzzət alır. Paxıl insanlar isə yeməkdən ləzzət alır.”

***

“Əməlində səhlənkarlıq edən qəm – qüssəyə düçar olar.”

***

“Əgər bir gün dünyaya aid dərdin olarsa Rəbbinə dönüb “Rəbbbim, çox böyük dərdim var”

 demə, dərdinə dönüb “çox böyük Rəbbim var” de.”

***

“O kəsə təəccüb edirəm ki, özündən yuxarıdakının mərhəmətinə ümidvar olduğu halda, ondan asılı olanları ümidsiz qaytarır.”

***

“Xoş o kəsin halına ki, Allaha ibadət etmək müvəffəqiyyətinə nail olub, günah və xətasına isə ağlayır.”

***

“Valideyn üçün dua etməmək ruzini azaldır.”

***

“Ən axmaq insan özünü hamıdan ağıllı biləndir.”

***

“Axmağın müqabilində susmaq, ona cavab verməkdən yaxşıdır.”

***

“Xalqın sənin üçün dedikləri hər bir şeyi rədd etməyə çalışma. Axmaqlığı göstərməkçün elə bu kifayətdir.”

 

                                                                                       Həzrət Əli (ə)


6 noyabr 2012
GO BACK