Ey Əbuzər!Neçə şeyin əldən çıxmamış qədrini bil.Cavanlığının qocalıqdan qabaq,sağlamlığının xəstələnməzdən qabaq,mal-
dövlətinin kasıbçılıqdan qabaq,aramlığının narahatçılıq və girigtarçılıqdan qabaq,həyatının ölümdən qabaq qiymətini bil.
Ey Əbuzər!Necə ki,pulunun qədrini bilirsən,eləcə də ömrünün qədrini bil.
Ey Əbuzər!Bilmədiyin şey barəsində səndən soruşsalar de ki,bilmirəm.Bununla nicat taparsan.Heç vaxt bilmədiyin şey üçün fətva verib qiyamət əzabını özünə qazanma.
Ey Əbuzər!Allah bir bəndəyə pislik yetirmək istədikdə onun günahlarını onun yadından çıxarar. Və o əsla günahlarının fərqinə varmaz.
İnsanın törətdiyi günahlar nəticəsində ruzisi kəsilir.
Ey Əbuzər!Sənə aid olmayan şeyə qarışma.Sənə faydası olmayan şey üçün danışma.Necə ki,pulunu qoruyub saxlayırsan,dilini də eləcə qoru.
Ey Əbuzər!Sən namazda olarkən Allahın qapısını döyürsən,Kim də Allahın qapısını çox döysə,nəhayət Allah qapını onun üzünə açar.
Ey Əbuzər!Hər şeydə,hətta yemək yedikdə və yatdıqda da niyyətin saleh və xeyir olmalıdır.
Ey Əbuzər!Vay olsun camaatı güldürmək üçün yalan danışana!Vay olsun!Vay olsun!
Ey Əbuzər!Əgər bir nəfər yetmiş peyğəmbərin savabı qədər savab yığa,gərək onu hesablamaya.Qorxmalıdır ki,birdən qiyamətdə səadət ona nəsib olmaya.
Ey Əbuzər!Allahın bəndələri boynunda o qədər haqqı vardır ki,saymaqla qurtarmaz.Ona görə də ona sidq qəlblə itaət və ibadət et.
Ey Əbuzər!Gözü qarşısında mömin qardaşının qeybəti olunan şəxs onun qarşısını almağa qüdrəti ola,lakin qeybətinin qarşısını almaya Allah onu dünya və axirətdə xar edər.
Dörd nəfər tez öz cəzasına çatar;Kiməsə yaxşılıq edəsən əvəzində sənə pislik edə,zülm etmədiyin şəxs sənə zülm edə.,əhd-peyman bağladığın zaman əhdinə vəfa edəsən,o isə vəfasız çıxa,qohum-əqrabası onun halını öyrənə,o isə qohum-əqrabasından xəbərsiz ola.
Allahdan qorxan şəxsin qarşısında hər şey ondan qorxar,kim də Allahdan qorxmasa,Allah onu hər şey ilə qorxudar.
Yersiz zarafat etmə,qədr-qiymətin itər,Yalan danışma,nurun itər.
Allah üç şəxsə lənət etmişdir;Yeməyini tək yeyən şəxsə,çöllükdə tək səfər edən şəxsə və otaqda tək yatan şəxsə.Hər birinizə oxuyub kifayətlənməmək və əməl etmək diləyilə təqdim edirəm. İnşəallah ki, gərəyiniz olar.