Qadin.NET / Göz muncuğu yoxsa Allaha dua?

Göz muncuğu yoxsa Allaha dua?

Əvvəlcə hammınıza Salam Aleykum deyirəm. Uşaqlıqdan böyüklərimizdən bizə keçən adətlər vardır ki ,bunlardan biri də "göz muncuğudur". Yadınızdadırsa əvvəllər göz muncuğu qaralı ağlı olurdu. Sonra isə türklərin məşhur mavili aglı göz muncuqları dəbə düşdü. Onların, yəni onu istehsal edənlərin işi, bizim də günahımız artdı. Bir gün türk kanalından bir verliş iszləyirdim, göz muncuqlarını necə duzəltdiklərini göstərirdilər. Rəngli şüşələri əridərək, şəkil verərək mavi, yumru göz muncuqlar əldə edirdilər. Otaq irili xırdalı göz muncuqları ilə dolu idi. Sonunda o işlə məşgul olan xanıma jurnalist belə bir sual verdi, " bu göz muncuqları həqiqətən də nəzərdən qoruyurmu? " Qız isə cavabında " Bilmirəm, qoruyar hər halda", Jurnalist" bəs bunun satişi necə gedir?" Qız " çox yaxşı, çox satılır". Mən inanıram ki bu xanım hec öz övladına (əgər varsa) özü əli ilə dözəltdiyi göz muncuğunu taxmaz, çünki insan öz əli ilə düzəltdiyi hər hansı bir şeyə necə pənah apara bilər? Amma biz aparırıq. Bizi Yaradanın, Allahın elə o övladlarımızı da yaratdığını və Ondan başqa kimsənin nə bizi nə də övladlarımızı qoruya bilməyəcəyini unudub, digərlərinin işinin yaxşı getməsi məqsədilə icad edib də Allaha şərik qoşmasına səbəb olanların duzəltdiklərinə inanırırq, bu da buddistliyin bir növüdur, bu da Allahdan başqasına sığınmaqdır ki, bu da Allahın qəzəbinə səbəb olur.

Əzizlərim, bu mövzunu açmaqda məqsədim sizi tövbə etməyə dəvət etməkdir. Uşaqlarınızın üzərindəki şüşələri çıxarın, Allaha sığının və Ondan bağışlanma diləyin, Ondan sizi qorumağını diləyin. Muhamməd Səllallahu Aleyhi Vəsəlləm öz nəvələrinə üç dəfə bu duani oxuyarmış: " Uizikumə bikəlimətil-ləhit-təməti Min kulli şeytani və həmmətin və min kullin aynin ləmməti" " Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allaha tam kəlmələrinə həvalə edirəm." (el-Buxari, 4/119, Ibn Abbasin rəvayətlərindən.) Bu da ona dəlildir ki Muhamməd s.ə.s, muncuğa deyil, Allaha dua etmiş, Ona sıgınmışdır Bu duani ərəbcə əzbərələyə bilməyənlər elə azərbaycanca da bu duanı oxuya bilərlər, məqsəd Allahdan başqasına sığınmamaq, yalnız Ondan istəmək, Ona əl açmaqdir. Allahu Təalə hammımızı qorusun. Amin...

1 noyabr 2012
GO BACK