Qadin.NET / Nurlu kəlamlar

Nurlu kəlamlar

Nurlu kəlamlar

Həzrət Muhəmməd (s) kəlamları

Bismillahirrəhmanirrəhim

 

“Kim mömini kədərləndirərsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz. ”

***

“Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayanıdır.”

***

“Merac gecəsində Allah – Təaladan xitab gəldi: Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlşdırın, onlara öz yanınızda yer verin ki, mən də sizə yaxın olum.”

***

“Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”

***

“Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan admın savabı vardır.”

***

“Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata – anaya Allah lənət eləsin.”

***

“Xalq bir şəxsin dilindən qorxarsa o şəxs cəhənnəm əhlidir.”

***

“Allah Təala mülayim və mehribandır, hər işdə də mülayimliyi sevər.”

***

“Oruc tutanın yuxusu ibadət, onun nəfəsi isə Allahı zikr etməkdir.”

***

“Allah Təala öz bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.”

***

“Allah - təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qaytarmaqdan həya edər.”

***

“Allah – Təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”

***

“Əli mənim canımdır. Ona itaət etmək mənə itaətdir. Onun göstərişlərindən çıxmaqsa mənim göstərişlərimdən çıxmaqdır.”


24 oktyabr 2012
GO BACK