Sizlərlə Əsmaları vəsf edən şeir paylaşmaq istəyirəm...
Mənə çox təsir etdi... İnşaAllah sizə də...
Əgər bəyənsəz şeirin davamını da paylaşaram Allahın izni ilə...
ƏSMALAR
Ya Rəbbi! Səni təsvir etməkdədir bütün gözəl adlar. Sən gözəl adlarını
aşkar etməzsənsə ruhum qaranlıqda qalar. Esma'ül Hüsnana şahid yaz məni.
Allah(c.c)!
Sənsən Allah(c.c) Sənədir qulluğum
Səndədir çarəm Səninlədir varlığım
Səni axtarar ruhum Səni xatırlayar ürəyim
Başqasına deyil Sənə möhtacam
Başqasını deyil Səni çağıraram
Başqası yaradılmışdır Sən yaradansan
Başqası davamsızdır Sən daimsən və daim edənsən
Başqaları möhtacdır sən ehtiyacsızsan ehtiyacları görənsən
Başqa ilah yox sən ALLAH(cc)san
Sən ki bərabəri bənzəri olmayansan
Sən ki bütün əskiksiz sifətlərin sahibisən
Camalına çevir üzümü başqasına rəğbət etdirmə ürəyimi !
Ya Rəhman!
Sən elə rəhmət edərsən ki, rəhmətinin bir cilvəsi cənnətim olar
Rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim
Rəhmətinin bir damlası hər kəsin ruzisinə zamin olar
Bu quraq könülümə mərhəmətini endir
Bu fani ömürümü sonsuzluğa çatdır!
Ya Rəhim!
Elə Rəhimsən ki, qulağını sözümə həmsöhbət edərsən
Ağılıma vəhyinlə tənəzzül edərsən
Elə Rəhmsən ki, istəndiyində onsuz da verərsən
İstənmədiyində də lütf edərsən
Elə Rəhmsən ki, haqq edənə hepten verərsən
Layiq olmayana belə çox bəhs edərsən
Elə Rəhmsən ki, dünyanı bu qədər gözəl edərsən
Axirəti ondan daha gözəl edərsən
Ya Rəbbi! Qorxudan əmin et məni
Hüzndən azad et ürəyimi
Atəşdən uzaq et məni
Hicrana salma ürəyimi !
Ya Vəhhab!
Yoxluğa sırf yox olduğu üçün varlıq bəxş edərsən
Nankorların belə ruzisini kəsməz inkar edənlərə belə nəfəs verərsən
Varlığım sənin lütfündür sənin lütfkarlığındır
Aciz varlığıma lütfünü lütfkarlığını daim et !
Ya Rəzzaq!
Xəzinəndə yox yoxdur ol deyərsən hər şey olar
Yaratdığın hər canlının ruzisi sənin qatında gizlidir
Vəhyin mömin ürəklərin selin ağılların ruzisidir
Ya Rəbbi! Sənə möhtac olmaq ən böyük zənginliyim
Sənin kasıbın et məni
Sənin verdiyinlə doymaq ən böyük ləzzətim
Süfrəndə qarşıla məni !
Ya Məlik!
Kimsənin kimsəyə fayda vermədiyi gün hökm sənin
Göylər yarılarkən sahibim Sənsən
Ulduzlar dağılarkən sahibim Sənsən
Varlığım mənə aid deyil varım yoxum Sənin
Əlimdə olanlar mənim deyil sahibləndiklərim də Sənin
Yoxluğa salma məni an Sənin
Darlıq vermə ürəyimə məkan Sənin !
Ya Küddüs!
Sənsən kuddüs kutsiyət Səndəndir bundan kənar söz olmaz
Sən diləməzsənsə heç bir şey pak sayılmaz
Könülüm Sənə yönəlmədikcə saf olmaz
Qanımı hər nəfəsdə təmizlədiyin kimi nəfsimi təmizlə pak et
Təmizlənənlərə söhbət edərsən könülümü söhbətinlə təmizlə !
Ya Salam!
Sənsən Salam Səndəndir Salam
Əmrini dinlər atəş ki, İbrahim(a.s) üçün sərin və salamatlıqlı olar
İbrahim (a.s) kimi dostluğuna qəbul et məni
İbrahim (a.s) kimi atəşi gül et bədənimə
Gül kimi atəşdən çiçəklər açdır ruhumda
Salamını şəbnəm kimi toxundur ürəyimə!
Ya Mömin!
Sən hidayətini göndərməzsənsə ürəklər necə məmnun olar?
Sən ürəklərə əminlik verməzsənsə kim inandığından əmin olar?
Sən inandırmazsansa kim mömin qalar?
Rəvamın tələsinə salma məni nəfsimin dilinə buraxma məni
Elə mömin et ki məni peşmanlıqlarım məni sənə çevirsin !
Ya Mühəymin!
Sənsən qəribələrin sığınacağı
Sənsən kimsəsizlərin dayağı
Sənsən haqqı himayə edən
Sənsən ağılımı aldanışlardan gözləyən
Sənsən ayağımı tələlərdən qurtaran
Sən ki, zəifləri qüvvətlilərin şərindən himayə edərsən
Məzlumların haqqını zalımlardan almağı vəd edərsən
Sən ki, mənim ən kiçik¸ ən önəmsiz¸
Ən gizli arzularımı da bilər mənə mərhəmət edərsən
Nəfsimin aldatmalarına aldanmaqdan qoru məni
Alçaaqların aşağısına diyirlənməkdən qoru məni !
Ya Əziz!
İzzət sənindir səndəndir izzət
Sən diləsən kimsə zillətə düşməz
Sən verməzsənsə kimsədə izzət qalmaz
Ürəyim tək sənə qanayar
Yaxınlığınla əziz et ürəyimi
Ruhum tək səni axtarar
Hüzurunla əziz et ruhumu
Halım tək sənə aşkar
Başqalarının yanında alçaltma məni !
Ya Cabbar!
Sən ki, məğrurları qürurlarına əsir edərsən
Sən ki, qürurlananların boyuna qürurlarını boyunduruq edərsən
Sən ki, güc tətbiq edib zülm edənləri vicdanlarının pəncəsinə həbs edərsən
Bir ağcaqanadı vasitə et Nemrutlardan qurtar məni
Bir əsanı vəsilə et fironlara qalib gətir məni
Əbabilləri göndər Əbrəhələrin fillərindən qoru ürəyimi
Nəfsimin məni üsyana məcbur etməsinə icazə vermə
Ağılımın məni çaşdırmasına keçid vermə
Həmişə itaət üzərə sabit et məni!
Ya Mütəkəbbir!
Mən acizim Sən qadirsən
Mən kasıbım Sən Rəhimsən
Mən ölüyəm Sən Hayysan
Mən çarəsizəm Sən Əhadsan
Mən möhtacıa Sən Səmədsən
Mən karam eşidən Sənsən
Mən koram görən Sənsən
Mən dilsizəm danışan Sənsən
Mən yaradılıram yaradan Sənsən
Mən yoxam var edən Sənsən
Mən heçəm amma əməllərim böyükdür
Mən yoxsulam amma istəklərim çoxdur
Mən istəyərəm çünki sən böyüksən
Şahid yaz böyüklüyünə bu kiçik ürəyimi!
Ya Xaliq!
Sən ol dəyincə hər şey olar
Ol da olum yaratdıqlarının arasında qalayım
Xalq etdiyin kimi əxlaqlanım
Sən yaratdın deyə gözəl olum
Həmişə ən gözəl halinda qalım!
Ya Musavvir!
Yoxluğa varlıq surətini geydirən Sənsən
Heçliyə varlıq boyasını verən Sənsən
Gözəli gözəl edən ancaq Sənin təsvirindir
Sən ki, üzümü mənim sevdiklərim üçün tanış edərsən
Qatında məqbul olan gözəlliklə təsvir et surətimi !
Ya Gaffar!
Gizli düşmənliklərimi bilən Sənsən
Gözyaşlarıma dəyər verən Sənsən
Bilirəm rəhmət dənizini bulandıra bilməz cümlə günahlar
Rəhmətinlə təmizlə bağışla məni!
Ya Fəttah!
Damla qədər də olsa savabım lütf elə cənnətini aç mənə
Çaşmışda olsa ağılım kərəm et də Sənə gələn yolları aç mənə!
Ya Alim!
Sənin üçün bilmənin başı yoxdur
Mən ancaq sonradan bilərəm
Sənin bilmədiyin bir an yoxdur
Mən ancaq bəzən bilərəm
Sən açıq edib söylədiyimi də bilərsən
Sən susub özümə saxladığımı da bilərsən
Unudub özümdən saxladığımı da bilərsən
Öz quyularıma ağılımın iplərini salaram
Özümə ağlım çatmaz sən məni məndən çox bilənsən
Ürəyimin gizlilərində əl yordamiyla gəzərəm
Özümə özüm çatmaz sən mənə məndən çox sirdaşsan
Bildiyimi bilənlərdən et məni bilmədiyimi bilənlərdən et məni
Sənə məlum olan ayıb və qüsurlarımla utandırma məni!
Ya Kabıd! Ya Basıt!
Dara salarsan genişlik verdiyində şükr etməyəni
Genişlədərsən dara düşdüyündə də şükr edəni təqdir sənindir
Ya Rəbbi! Sən ki, qeyri-mümkünü mümkün edərsən
Darda qoyma məni dara düşdüyümdə də şükr edənlərdən et məni
Sən ki əslləri yanında məbləğsən kölgədə buraxma məni !
Ya Hafid!
Elə Hafidsən ki, yoxluğa yumrulayarsan varlığıyla qürura düşəni
Elə Hafidsən ki, zillətə salarsan özünü ucaldanı
Qürurdan azad et nəfsimi zillətə salma ürəyimi !
Ya Rəfi!
Səcdələrimlə sultan et məni
Qulluğumla şərəfləndir məni
Qatında rütbələndir məni
Yaxşılar arasında an məni
Yüksəklərə al məni!
Ya Muizz!
İzzətim varsa ancaq sənin verdiyin qədərdir
Tək sənə itaət etmənin izzətini ver mənə
İzzətinə şahid et fəqiri!
Ya Müzill!
Sənə boyun əyişim ən şirin sevincim
Sənin qapına gəlməyən sonsuz çarəsizliklər içindədir
Sənə möhtac meydana gəlmə ən böyük şərəfim
Cavabsız buraxma məni !
Ya Səmi!
Yara açıq yara yara açmağa yara nə ehtiyac
Fəryadım eşidilər aşkara dilə tökməyə nə ehtiyac
Güllərim döndü xarə xarə küsməyə nə ehtiyac
Dil avara dodaq biçarə paralanmaya nə ehtiyac!
Ya Bəsər!
Koram korluğuma belə
Koram gördüyümə belə
Koram göstərdiklərinə belə
Vəd etdiyin cənnətinə belə koram
Sənin görməyinlə görər cümlə gözlər
Aç gözlərimi!...