Qadin.NET / Qəlbə gələn rahatlıq

Qəlbə gələn rahatlıq

Qəlbə gələn rahatlıq

Əfəndimiz bir gün Hz. Əlidən  soruşur: 

-Ey Əli! .. Allahı sevirsənmi? 
-Bəli, Ya Rasulallah. 
- Peyğəmbərini sevirsənmi? 
 -Bəli, Ya Rasulallah. 
-Yaxşı, xanımını sevirsənmi? 
-Onu da sevirəm, Ya Rəsulallah. 
- Bəs uşaqlarını? 
-Onları da sevirəm, Ya Rəsulallah. 
Əfəndimiz üzündə təbəssümlə soruşur: 
-Ya Əli! Bəs ürəyinə dörd sevgini birdən necə sığışdırırsan? 
Hz.Əli bir an dayanır, cavab verə bilmir: 
-Ya Rəsulallah, bir az möhlət ver fikirləşim, sonra cavab verim - deyir. 
- Olar - Peyğəmbərimiz deyir

Hz.Əli fikirli bir hal alır.Onu belə görən Fatimə anamız: 
-Ey Əli! Səni düşüncəli gördüm. Səni düşündürən şey dünyalıqdırsa, o, bizə yaraşmaz. Yox, əgər axirətlikdirsə, mənə söylə, birlikdə düşünək -deyir. 
Hz.Əli Rəsulullahla arasında olan söhbəti izah edir. 
Hz.Fatimə: 
-Ey Əli, mən bunun cavabını sənə söyləyim. Necə  ki, insan bədəninin sağ, sol, ön və arxa istiqamətləri var, ürək də elədir. Get atama de ki: "Allahı ağlım və imanımla, Rəsulunu ruhumla, zövcəmi nəfsimlə, uşaqlarımı şəfqətimlə sevirəm..." 

Hz.Əli Əfəndimizə bu şəkildə izah edir. 
Hz.Peyğəmbər: 
- Bu, peyğəmbərlik ağacının budağıdır.Vallahi, o budaq mənim bir parçamdır - deyir.
Allah onlara bizi axirətdə qonşu etsin, onların əxlaqı ılə əxlaqlanmaq hər kəsə nəsib olsun! Amin!

9 yanvar 2013
GO BACK