Qadin.NET / Qədr gecələrinin əməlləri

Qədr gecələrinin əməlləri

Qədr gecələrinin əməlləri

Qədr Quranın nazil olduğu gecələrə deyilir. Qurani-Kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum imamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21 və 23-cü günlərinə təsadüf etdiyi göstərilir. Qədr gecələrinin dəqiq olaraq hansı günə təsadüf etdiyini bildirməməkdə məqsəd müsəlmanların Qədr gecələrinə daha çox önəm vermələri, onun həsrətində olmaları, eləcə də, ibadətlə mümkün qədər çox məşğul olmağa sövq etmələri olub. Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyurulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik” (“Qədr” surəsi, ayə 1).
Digər ayələrdə, “Bəqərə” surəsi, ayə 185, “Duxan” surəsi, ayə 3-də də Qədr gecələrinin əzəmətinə işarə olunur.


Qədr gecələrində nələr olunmalıdır


1. “Əhya gecəsinin qüslünü edirəm, qürbətənə iləllah” niyyətini etdikdən sonra qüsl almaq. Bu zaman əvvəlcə baş, sonra sağ, daha sonra isə sol tərəf yuyulur. Bu qüslün böyük savabı var.
2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Bunun mənası insanın sanki Quranı qarşılamasıdır.
3. Əhya gecələrini məscidlərdə qeyd etmək daha yaxşı olar. İmkan olmadıqda evlərdə də qeyd etmək olar, amma boş və mənasız söhbətlər əvəzinə Quran oxuyub, dualar etmək, Qədr gecələrinin ya da qəza namazlarını qılmaq yaxşı olar.
4. Qədr gecəsinin namazını qılmaq. Qədr gecəsinin namazı işa və sübh namazları arasında qılınır. Sübh namazı kimi iki rükət qılınır. Lakin hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi bir dəfə deyil, yeddi dəfə oxunur. Namazı qılıb qurtardıqdan sonra alını yerə qoyub 70 dəfə “Əstəğfürullah Rəbi və ətubu iləh” zikri deyilir.
5. Quranı başa qoyub Allaha, Onun peyğəmbərinə (s.ə.s) və Məsum imamların (ə) adlarına and vermək.
6. İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnamələrini oxumaq.
7. 100 rükət sübh namazı kimi 50 müstəhəb namaz qılmaq. Qəza namazları olanlar hər gecə 6 günlük qəza namazlarını qıla bilərlər.
8. Həzrət Muhəmməd (s.ə.s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək.
9. Cövşən-kəbir duasını oxumaq.
10. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət oxumaq (Allahumməl ən qətələtə Əmirəlmuminin). Yəni İlahi, İmam Əlinin (ə) qatilinə lənət et!
11. 100 dəfə “Əstəğfürullah Rəbi və Ətubu iləhü” zikrini deyib edilən günahlara görə tövbə etmək.

Qədr gecələrinin əməlləri


Deyilənlərin hamısını yerinə yetirmək çətin olsa da, imkan daxilində qeyd olunanlara əməl etmək lazımdır. Unutmayaq ki, Qədr gecələri ilin hər gecəsi tək hər gün təkrarlanmır. Bu gecələri xüsusi olaraq qarşılamaq və qeyd etmək lazımdır. Allah bütün oruc və dualarınızı qəbul etsin. Amin!
28 avqust 2010
GO BACK