Qadin.NET / Qara ilanı-nəfsimizi öldürməyin yeganə yolu

Qara ilanı-nəfsimizi öldürməyin yeganə yolu

 

 



 

Xanımlar, bacılar sizinlə eşitdiyimdə mənə dərindən təsir edən bir əhvalatı bölüşmək istəyirəm.Mənə maraqlıdır ki, sizə bu necə təsir edəcək. Ağacın altında bir dəliqanlı yatıbmış,ağzı açıq olur,bir qara ilan girir bunun ağzına.Bir suvari yaxınlaşırmış buna, çata bilmir,ilan girir oğlanın qarnına.Suvari çıxarır qamçısını başlayır yatanı vurmağa,yatan ağrıdan ayılır və sən nə pis adammişsan" deyə küfrlər edir...O qədər qamçılanır ki,nəhayət dalaq şişməsindən qaytarır,və ilanı görüncə  "sən nə yaxşı insanmışsan " deyir... Nəticə: Suvari-mürşiddir; Qamçısı-mürşidin hikmətli sözləridir ki, bəzən çox ağrılı olur; Ilan-qara nəfsimizdir; Mürşid doğru sözlərlə bizim canımızı acıda bilər,amma qara nəfsimizdən qurtulmaq üçün bu yeganə yoldur!  Mürşid  yoxdur deyənlərə Quranda keçən  murşid sözünü göstərirəm.

 

Allahın izni ilə: Kəhf 17/ Ve tereş şemse izâ taleat tezâveru an kehfihim zâtel yemîni ve izâ garabet takrıduhum zâteş şimâli ve hum fî fecvetin minh(minhu), zâlike min âyâtillâh(âyâtillâhi), men yehdillâhu fe huvel muhted(muhtedi), ve men yudlil fe len tecide lehu veliyyen murşidâ(murşiden).  

  Və günəşin doğulduğu zaman mağaralarının sağ tərəfindən gəldiyini və batdığı zaman sol tərəfdən onların yanlarından keçdiyini görərsən. Və onlar, onun (mağaranın) geniş sahəsi içində olurdular. Bu, Allahın ayələrindən (möcüzələrindən)dir. Allah, kimi Özünə çatdırsa, o hidayətə çatmışdır. Və kimi dəlalətdə buraxsa (kim Allaha çatmağı diləməzsə) artıq onun üçün vəli mürşid (irşad edən övliya) tapılmaz.

23 oktyabr 2012
GO BACK