Qadin.NET / Gəlin hər zaman yetimlərə sahib çıxaq...

Gəlin hər zaman yetimlərə sahib çıxaq...

 

 

Gözəl bir bazar günü idi. Səhərin əsən şirin küləyiylə birlikdə nahar hazırlayırdı Nurcan xanım. Uşaqlar da analarıyla qalxmışdılar, tətilin və dağ evinin kefini çıxarırdılar. Nurcan xanım, süfrəni hazırlamış, yoldaşını və uşaqlarını çağırmışdı. Birlikdə sevgiylə gözəl bir nahar edəcəkdilər. Bu vaxt böyük oğulları Ömər, bala bir pişik görmüş ve sevməyə başlamışdı. Nurcan xanım, təlaşla:

"-Oğulum, indi nahara oturacaqsan, nə deyə əllərini çirklədirsən?!" dedi.

Ömər də anasının bu istəyinə:

"-Amma ana, baxsana aç bu pişik balası, həm anası da yox yəqin, baxsana tək başına…" deyərək cavab verdi.

"-Tamam, al burdan bir şeylər at, əllərini sürtmə, yaxınlaşma."

"-Amma ana, o daha kiçik. Bəlkə verdiyimlə qarını doyacaq, amma onun sevgiyə də ehtiyacı var. Baxsana necə də sürünür ayaqlarıma. Eynilə mənim sənə etdiyim kimi…"

Baxın, o an içinə bir atəş düşdü Nurcan xanımın… Yoldaşı ilə göz gözə gəldilər. Görəsən eyni şeylərimi düşünmüşlər idi? Bu gözəl ailə, bir yetimin aylıq ehtiyacını qarşılayırdılar. Amma bu işin mənəvi tərəfini çox da düşünməmişlərdi. Və oğullarının bu şəfqəti, özlərini sorğulamalarına vəsile olmuşdu.

Bu uşaqların yurdlarda neçə dəfə başları oxşanırdı görəsən? Neçə dəfə sevgiylə qucaqlanırdılar. Neçə dəfə isti bir qucaqda hüzurla, etibarla yatırdılar. Gündə neçə dəfə öpülürdülər. Neçə dəfə, içdən, isti bir gülümsəmə ilə bir göz dəyirdi gözlərinə… Halbuki onlar, uşaqlarını gündə neçə dəfə öpdüklərini saya bilməzdilər.

İnsanı insan edən şey, mərhəmət və vicdan deyildimi? Yaxşı, sevgini tam mənasıyla dada bilməyən bu uşaqlarda mərhəmət necə meydana gələcəkdi? Vicdan necə inkişaf edəcəkdi?

Bu düşüncələrlə Nurcan xanım, danışmağa başladı:

"-Murad bəy! Bir gün Uşaq evinə gedək. Həftənin müəyyən günlərində bir yetimi götürüb gəzdirək, bizə gətirək. Nə bilim, bir şeylər edək."

"-İcazə verəcəklər mi ki?"

"-Bilmirəm. Lakin sınayaq heç olmazsa. Və icazə verməsələr belə bir yolunu tapaq. Ya da edilə biləcək fərqli şeylər çıxaraq. Biz onlardan məsuluq, küçədəki cinayət, günahdan, ədəbsizliklərdən, haramlardan məsuluq. Görüncə tənqid edirik. Yaxşı ya qurtarmaq üçün, dəyişdirmək üçün, dəyişmək üçün nə edirik? «Pulumuzu infak edirik» (infak-sədəqə deməkdir) deyəcəksən. Bəli, gözəl şey; amma gəl, sevgimizi də, zamanımızı da infak edək. Olduğu qədəriylə mərhəmət çatdıraq könüllərə; sevgi, ümid, güvən çatdıraq."

"-Yaxşı, gedək baxaq…" demişdi Murad bəydə.

 

* * *

Yorğun bir şəkildə qalxmışlardı o səhər… Ya da havanın buludlu olmasından elə gəlmişdi Nurcan xanıma… Gözəlcə geyinib Uşaq evinin yolunu tutdular. Oraya çatdıqlarında Nurcan xanımın içində bir həyəcan vardı. O həyəcanla nərdivanları addım-addım çıxarkən, elə bir qışqırıq qopdu ki, eşidənlərin könülündə yanğın oldu. Hər kəs nə olduğunu anlamağa çalışırdı. İşçilərdən biri idi bu. Nə edəcəyini bilməz bir halda, Müdirin otağına girdi. Bu zaman bunlar da Müdirin qapısına yaxınlaşmışdılar. Oranın işçisi qadın danışmaqda belə çətinlik çəkirdi. Kəkələyərək yalnız bunları söyləyə bildi..

"-Müdir bəy yuxarıda bir uşaq intihar etmiş!.."

"-Başa düşmədim."

"-İntihar, intihar etmiş. Ovucunda və yatağında bir çox dərman vardı."

"-Hər kəsi çölə çıxarın. Təcili yardımı və polisi axtarın. Tez!.."

Murad bəy atılaraq:

"-Mən həkiməm, istəsəniz ilk müdaxiləni edim. Yeri göstərin bəlkə xilas olma şansı vardır." dedi.

Dərhal uşağın olduğu qatı göstərdilər və qaçaraq yuxarıya çıxdılar. Murad bəy, bir-iki kiçik müdaxilədən sonra ümidsiz gözlərlə Müdirə baxdı.

"-Bu necə olar?" dedi Nurcan xanım, "Bu uşaq, olsa olsa 7-8 yaşlarında, bu yaşdakı bir uşaq necə olar da intihar edər?!"

Bir məna verə bilmirdi Nurcan xanım. Bu yaşlarda intihar hadisəsni heç eşitməmişdi. Və Mövlananın bir sözü zingildədi qulaqlarında, kasıblıqdan intihar edən bir adamın xəbəri gəlincə söylədiyi o söz zingildədi qulaqlarında:

"-Orada heç müsəlman yoxmuymuş?!"

"-Orada heç müsəlman yoxmuymuş?!"

Bu vaxt uşağın yastığının altında bir kağız ilişdi gözünə. Götürdü və oxumağa başladı. Həm oxuyur, həm gözlərindəki yaşlar sel olub axırdı. Kağızda belə yazılırdı:

"-Bu gün müəllimim, Sənin də yetim olduğunu söylədi Əfəndim… Sən də yetim böyümüsən. Yetimləri də ən çox Sən sevərmisən. Başlarını oxşayar, onlara sevgiylə baxarmışsan. Müsəlmanlara da tənbehləmisən bunları… Göyərçini ölən bir uşağı belə təsəlli etmisən. Mənim anamla atam yol qəzasında ölmüşlər. Amma məni kimsə təsəlli etmədi Əfəndim. Kimsə bapbalaca ürəyimin sızısını dinləmədi. Məktəbdə də mənə lağ edirlər. Kimsə mənimlə oynamaq istəmir. Keçən günlərin birində sinif yoldaşımızgilə tapşırıq etməyə gedəcəkdik. Məni istəmədi anası… Mən bitli ola bilərmişəm. Həm mən onlara pis nümunə olarmışam. Dərslərim də çox yaxşı deyil. Müəllimim də sevmir məni… Müəllimlər, həmişə dərsləri yaxşı olanlarımı sevərlər, Əfəndim? Burada bizimlə maraqlanan bacını sevirəm. Qucağına oturub ona sarılmaq istəyirəm. Amma heç növbə gəlmir mənə. Həm onsuz da elə ötürür. Çoxuq, hərhalda ondan… Həm mən xəstəyəm Əfəndim. Baxan bacılar bildirmir, amma yəqin yaxşı deyiləm. Xəstəyəm deyə də burada belə tək qaldım. Kimsə mənimlə oynamır…

Madəm deyirəm, məni kimsə istəmir, məni kimsə sevmir, o zaman məni niyə yaratdı Allahım?! Müəlliməmdən soruşdum, Sənin bizi çox sevdiyini söyləyincə:

"-Peyğəmbər Əfəndimiz, anamız-babamız olmasa da sevərmi?" 

O da:

"-Bəli, təbii!.." dedi.

"-Yaxşı, üstümüzdəki paltarlar çirkli də olsa sevərmi?" 

"-Təbii  ki sevər."

"-Bitli olsaq da sevərmi?" 

"-Bəli Həsən."

"-Xəstə olsaqdami?" 

"-Bəliiiiii. Hər nə vəziyyətdə olsan ol. O, səni çox sevər."

"-Yaxşı, müəllimə, sevincə qucaqlayarmı?" 

"-Bəli."

"-Yaxşı, onu gözləyən bir çox uşaq olsa da sevgisini hiss edərikmi?" 

"-Xeyrdir Həsən?" dedi müəlliməm, sonra "Nədir bu sevgi marağı?"

"-Heeeeç." Dedim mən də…

"-Yaxşı, müəlliməm, Peyğəmbər Əfəndimiz harda?" deyə soruşdum.

"-Cənnətdə…" dedi.

Bir az gözlədikdən sonra:

"-Müəlliməm, cənnətə necə gedilər?" deyə soruşdum.

"-Övladım oraya gedilməz. Ölüncə gedəcəyik, inşaallah" dedi.

"-Ölənlərin canı yanarmı müəlliməm?"

"-Yanar hər halda… Birazca…"

Əfəndim mən də Sənin yanına gəlmək istəyirəm. Sənə möhkəmcə sarılmaq istəyirəm. Məni heç buraxma, oldumu? Tək "ölmək necə" bilmirəm. Ondan birazca qorxuram. Amma Sənə gələcəyəm, əhəmiyyətli deyil. Məni, Sən qarşıla olarmı? Mən oraları bilmərəm çünki. İtsəm qorxaram çox. Canım Əfəndim, çox həyəcanlıyam. Bu gecə hər kəsin yatmasını gözləyəcəyəm, dərmanlar yanımda. Birazca canım yansa belə heç səs etməyəcəyəm. Səs etsəm oyanarlar, məni qurtarmağa çalışarlar. Etmərəm… Qollarını açmış məni gözləyirsən bəlkə indi... Bir şey daha istəyəcəyəm. Mənim anamla atam da cənnətdəymiş, gəlincə məni onlara da apararsan olarmı?

Nurcan xanım artıq dözə bilmirdi. Hıçqırıqlarla yataqda yatan o gözəl uşağa baxdı. Bu anda polislər gəlmişdi. Həsəni analiz üçün xəstəxanaya apardılar. Müəllimlərini isə intihara səbəb olmaq səbəbi ilə həbs etdilər. Nurcan xanım bu görünüşə dözə bilməmişdi. Özünü itirmişdi sanki. "-Buraxın onu, əsl həbs edilməli olan mənim!.." deyə qışqırır, arxalarından gedirdi. "Yalvarıram məni həbs edin, onun bir cinayətdə günahı yox." deyirdi yalnız…

Yoldaşı Murad bəy, arvadının ağılını qaçırmasından qorxacaq dərəcəyə gəlmişdi. Zorla da olsa evinə gətirə bildilər Nurcan xanımı…

"-Xahiş edirəm Murad…" deyirdi evdə də "Nə olmuş, necə nəticələnmiş bir bax, öyrən."

Murad bəy, bir gün xoşbəxt və düşüncəli gəlmişdi evə… Nurcan xanım, nə olduğunu anlamağa çalışırdı yoldaşının gözlərindən; lakin bir şey başa düşə bilmirdi.

"-Nurcan…" dedi Murad bəy, "Həsən intihar etməmiş… İşçini hələlik sərbəst buraxdılar. Zənn edirəm hər hansı bir şey də olmayacaq o mövzuda…"

Nurcan xanım, mənasız gözlərlə baxırdı yoldaşına… Murad bəy davam etdi.

"-Analiz hesabatında açıqlanmış, ürək xəstəsiymiş onsuz da Həsən. Lakin, maraqlı olan o ki, intihar etməyi düşündüyü axşam ölmüş. Ehtimalla intihar etmədən əvvəl yuxuya qalmışdır deyirlər. O yazılar da ona aid imiş həqiqətən… Araşdırma nəticələri də açıqlandı."

Nurcan xanım hıçqırıqlara boğuldu təkrar… Lakin bu səfər, Murad bəy də özünü tuta bilmədi.

31 oktyabr 2012
GO BACK