Qadin.NET / Aşura ziyarəti

Aşura ziyarəti

 

Aşura ziyarəti

 

  Bismillahir Rəhmanir Rəhim.

 "Əssəlamu əleykə ya Əba Əbdillah.Əssalamu əleykə yəbnə Rəsulillah.Əssalamu əleykə yəbnə Əmirəl Möminin,vəbnə seyyidil vəsiyyin. Əssalamu əleykə yəbnə Fatiməə seyyidəti-nisail aləmi."

 "Salam olsun sənə ey Əba Əbdillah. Salam olsun sənə ey Rəsulillahın oğlu. Salam olsun sənə ey möminlərin əmiri və vəsilərin əfəndisinin oğlu. Salam olsun sənə ey dunya qadınlarının əfəndisi Fatimənin oğlu."

 Aşura ziyarəti görünüşdə bir məsumun imla və inşası olan digər dualar kimi deyildir. Bu dua Allah təala tərəfindən Cəbrail əleyhissalam vasitəsiylə peyğəmbərimiz Mühəmməd (s.ə.v.a) catdırılmışdır. Ziyarətnamə dua, lənət və salamlardan ibarətdir.

"Allahumməl ən əvvələ zalimin zələmə həqqə Mühəmmədin və ali Mühəmmədin və axirə tabin ləhu əla zalikə. Allahumməl ən isabətəl-ləti cəhadətil Hüseynə və şayət və bayət əla qətlihi Allahumməl ən-ənhum cəmiən"

 "Allahım Mühəmməd və ali Mühəmmədin haqqina zülm edənə və ona yardımçı olanların hər birinə lənət et. Allahım Hüseynlə döyüşən və onu öldürmək üçün bir-birləriylə sözləşən camaata lənət et. Allahım onların hamısını bir dəstə olaraq öz lənətinə məzhər et."

 Bu lənət  ziyarətnamədə 100 dəfə təkrarlanır. Burada Imam Hüseyn ə.s qatillərinə, Əbu Süfyana, Müaviyəyə və Yezidə (Allahın lənəti olsun onlara) lənət oxunur.

 "Əssalamu əleykə ya Əba Əbdillah və ələl -ərvahilləti həllət bifinaikə əleykə minni salamullahi əbədən ma bəqitu və bəqiyyətəl-ləyli vən-nəhar və la cəlahullahu axirəl əhdi minni liziyarətikum. Əssalamu ələl-Hüseyni və əla Əliyyibnil-Hüseyn və əla övladil-Hüseyn və əla əshabil-Hüseyn."

 "Salam olsun sənə ey Əba Əbdillah və o (pak) ruhlara ki, sənin eşiyində (hərəmində) yer aldılar. (Sənə canlarını qurban etmə və eyni məkanda dəfn edilmə şərəfinə nail oldular.) Allahın salamı olsun sənə məndən əbədiyyən; yaşadığım və gecə və gündüzün davam etdiyi müddətə qədər. Allah bunu, mənim sizi son ziyarətim etməsin. Salam olsun Hüseynə və Əli ibn Hüseynə, Hüseynin övladlarına və əshabına."

 Ziyarətnamənin ikinci, 100 dəfə təkrar olunan zikrində isə Imam Hüseyn ə.s-a və onun övladlarına salam göndərilir. 

 Aşura ziyarəti sonda  dua və səcdəylə bitir.

Aşura ziyarəti

 Aşura ziiyarətinin çox böyuk fəzilətləri vardir. Hədislərdə dönə-dönə oxunulması tövsiyə olunmuşdur. Bu duani 40 gün (bəzi hədislərdə 10 gün də göstərilib) oxuduqda hacətin yerinə yetər. Davamli oxumaq isə Imam Hüseyn ə.s-ın ziyarətinə bərabərdir.

 

Şeyx Həsən Fərid deyirki:"Bir ara böyük bir sıxıntıyla qarşılaşdım. Nə edəcəyimi bilmirdim. Yadıma mərhum Seyid Mühəmməd Fəşarekin sözləri düşdü. Məhərrəm ayinin ilk günündən etibarən Aşura ziyarətini oxumağa başladım. Üstündən bir neçə gün keçmişdi ki, problemlərim həllini tapmağa başladı."                                                

İnşaallah hər kimin nə hacəti varsa hasil olar. Amin!!!

4 fevral 2013
GO BACK